Icma.az
close
up
RU
Menu

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

57 yaşlı Cennifer Lopez belə formada qalır

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

Acların yeni üsyanı gözlənilir?.. İranda... ARAŞDIRMA

Acların yeni üsyanı gözlənilir?.. İranda... ARAŞDIRMA

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Bütün bunlar 2019-cu il etirazlarının xatirəsini yenidən gündəmə gətirib. Lakin hazırda yeni ümummilli etirazların mütləq başlayacağını demək mümkün deyil..."

"Əhalinin gündəlik yaşayış səviyyəsinin daha da pisləşməsi, xüsusilə ərzaq və yanacaq qiymətlərinin yüksəlməsi davam edərsə, İranda iqtisadi narazılığın yenidən küçə etirazlarına çevrilməsi riski də arta bilər..."

İranda iqtisadi böhran getdikcə dərinləşir. Qiymətlərin sürətlə artması, ərzaq və yanacaqla bağlı problemlər, milli valyutanın zəifləməsi və əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi ölkədə yeni kütləvi etirazlar ehtimalını artırır.

Müharibənin başlamasından altı ay sonra İranda yenidən genişmiqyaslı hökumət əleyhinə etirazların mümkünlüyündən danışılır. Artan qiymətlər, bəzi məhsulların qıtlığı və yanacağın bahalaşdırılması ilə bağlı gözləntilər cəmiyyətdə gərginliyi artırıb. Hakimiyyət isə sosial narazılığın genişlənməsinin qarşısını almağa çalışır.

Moderator.az bu haqda “Nyu-York Tayms”a, həmçinin İran saytlarına istinadla yazır.

“Nyu-York Tayms”ın danışdığı iranlıların sözlərinə görə, ölkədə insanlar artıq siyasi gələcəkdən daha çox gündəlik həyatda necə dolanacaqları barədə düşünürlər. Sakinlər ərzaq qiymətlərinin yüksəlməsindən, gəlirlərinin dəyərdən düşməsindən və qarşıdakı dövrdə vəziyyətin daha da ağırlaşacağından narahatdırlar.

İranda illik inflyasiyanın iyul ayında 66 faizə çatması da vəziyyətin miqyasını göstərir. "Reuters"-in İran rəsmilərinə və mənbələrə istinadla yaydığı məlumata görə, ərzaq qiymətlərində artım daha kəskin olub və ərzaq inflyasiyası 128 faizə çatıb.

Xüsusilə yanacaq məsələsi ciddi narahatlıq yaradır. Benzin İranda uzun illərdir dövlət tərəfindən ciddi subsidiyalaşdırılır. Lakin qiymətlərin artırılması ehtimalı artıq bəzi şəhərlərdə yanacaqdoldurma məntəqələrinin qarşısında uzun növbələrin yaranmasına səbəb olub. “Financial Times”ın məlumatına görə, ölkədə gündəlik benzin tələbatı ilə təklif arasında təxminən 15 milyon litrlik fərq yaranıb və yanacaq çatışmazlığı Tehran da daxil olmaqla bir sıra ərazilərdə növbələrə səbəb olub.

İran hökuməti isə yanacaq sistemində dəyişikliklərin mümkünlüyünü müzakirə edir. Avqustun ortalarında Kerman əyalətində mövcud aylıq kvotadan artıq istifadə edilən benzin üçün litrin 872 min rialdan satılması planlaşdırılmışdı. Lakin qərar tətbiqə başlanmasından bir neçə saat əvvəl dayandırıldı. Bu rəqəm ümummilli yeni benzin qiyməti deyil, Kermanda kvotadan artıq yanacaq üçün nəzərdə tutulmuş xüsusi tarif idi. Hazırkı sistemdə avtomobil sahiblərinə aylıq müəyyən həcmdə benzin daha aşağı, subsidiyalı tariflərlə verilir.

İran mətbuatında yanacaq qiymətinin artırılmasının sosial nəticələri ilə bağlı narahatlıq da ifadə olunur. Çünki 2019-cu ilin noyabrında benzinin qiymətinin qəfil artırılması ölkə üzrə genişmiqyaslı etirazlara səbəb olmuşdu. Həmin nümayişlər təhlükəsizlik qüvvələri tərəfindən sərt şəkildə yatırılmışdı. Buna görə yanacaq qiyməti məsələsi hazırda İran hakimiyyəti üçün yalnız iqtisadi deyil, həm də ciddi siyasi və sosial risk hesab olunur.

Son günlər İranın müxtəlif şəhərlərində yanacaq növbələri barədə məlumatlar yayılıb. "İran International" Kerman şəhərində yanacaqdoldurma məntəqələri qarşısında uzun avtomobil növbələri yarandığını bildirib. İran mediasında da Tehran və digər şəhərlərdə yanacaqla bağlı növbələrin yaranması barədə məlumatlar dərc olunub.

İran hakimiyyəti isə ölkədə yanacaq təminatının nəzarətdə olduğunu bildirir. Rəsmi açıqlamalarda mövcud ehtiyatların və paylanma sisteminin fəaliyyətini davam etdirdiyi vurğulanır. Bu səbəbdən yanacaq ehtiyatlarının nə qədər müddətə kifayət edəcəyi ilə bağlı yayılan müxtəlif rəqəmlər rəsmi proqnoz deyil, ayrı-ayrı mənbələrin qiymətləndirməsi kimi qəbul edilməlidir.

İran iqtisadiyyatında problemlər yalnız yanacaqla məhdudlaşmır. Tehran iqtisadçıları və deputatlar inflyasiyanın daha da sürətlənməsi təhlükəsi barədə xəbərdarlıq edirlər. "İran International"-ın məlumatına görə, parlamentin Sənaye və Mədən Komitəsinin üzvü Mostafa Pourdehqan ölkənin hiperinflyasiya təhlükəsi ilə üzləşdiyini bildirib və inflyasiya və qiymətlər üzrə təcili komitənin yaradılmasını təklif edib. İran Mərkəzi Bankının rəhbəri isə ölkədə hələ hiperinflyasiyanın baş vermədiyini deyir.

Ərzaq məhsullarının qiymətlərindəki artım da əhalinin vəziyyətini ağırlaşdırır. "RFE/RL"-nin İran sakinlərinə istinadla yaydığı materialda Tehran sakinləri əsas ərzaq məhsullarının qiymətlərinin, demək olar ki, hər gün artdığını bildiriblər. Mənbənin məlumatına görə, bəzi ərzaq məhsullarında bir həftə ərzində belə ciddi bahalaşma qeydə alınıb.

Belə vəziyyətdə bəzi iranlılar yeni iqtisadi etirazların qarşısının alınmasının çətinləşəcəyini düşünür. “Nyu-York Tayms”ın danışdığı Tehran sakini İsmayıl ölkədə insanların ac, çaşqın vəziyyətdə olduğunu və çıxış yolu tapa bilmədiyini bildirib. Onun sözlərinə görə, müharibə və hakimiyyətin güc tətbiqi iqtisadi narazılığın əsas səbəblərini aradan qaldıra bilməz.

Bununla yanaşı, İran hakimiyyəti ölkədəki vəziyyətə başqa prizmadan yanaşır. Hakimiyyətin əsas mesajı xarici təzyiqlərə müqavimət göstərmək və iqtisadiyyatı daxili imkanlar hesabına ayaqda saxlamaqdır.

İranın ali rəhbəri Mojtaba Xamenei avqustun 28-də hökumət həftəsi ilə bağlı yaydığı yazılı müraciətdə iqtisadi problemlərə, o cümlədən inflyasiya, işsizlik, qiymətlərin sabitliyi və mal və xidmət bazarlarının tənzimlənməsinə “ciddi diqqət” yetirilməsini tələb edib. O, iqtisadi problemlərin həllində daxili istehsalın gücləndirilməsini və dollardan asılılığın azaldılmasını önə çəkib.

Xameneinin eyni zamanda siyasi qarşıdurmaların və cəmiyyətdə parçalanmanı gücləndirə biləcək ritorikanın qarşısını almağa çağırması diqqət çəkir. İran rəhbərliyinin bu mövqeyi iqtisadi böhranın sosial sabitliyə təsirindən narahatlığın artması kimi qiymətləndirilir.

ABŞ-ın Tehrana qarşı iqtisadi təzyiqi də vəziyyəti daha da mürəkkəbləşdirir. "Reuters"-in məlumatına görə, Vaşinqton yeni sanksiyalarla İranın xarici ticarət və maliyyə kanallarını məhdudlaşdırmağa çalışır. ABŞ administrasiyası bu yolla Tehranın iqtisadi imkanlarını zəiflətməyi hədəfləyir.

"Reuters"-in avqustun 17-də yaydığı materialda da İran rəhbərliyinin daha sərt ABŞ iqtisadi tədbirlərinin ölkədə sosial vəziyyəti pisləşdirərək yeni etirazlara səbəb ola biləcəyindən narahat olduğu bildirilirdi.

Beləliklə, İranda hazırda bir neçə amil üst-üstə düşür: yüksək inflyasiya, ərzaq qiymətlərinin sürətli artımı, milli valyutanın zəifləməsi, yanacaq təminatındakı problemlər və benzinin bahalaşdırılması ehtimalı...

Bütün bunlar 2019-cu il etirazlarının xatirəsini yenidən gündəmə gətirib. Lakin hazırda yeni ümummilli etirazların mütləq başlayacağını demək mümkün deyil. Daha doğru ifadə ilə, İranda iqtisadi vəziyyətin pisləşməsi belə etirazlar üçün sosial zəminin artmasına səbəb olur və hakimiyyətin əsas narahatlıqlarından biri də məhz budur.

İran rəhbərliyinin son günlərdə iqtisadi problemlərə xüsusi diqqət yetirməsi, yanacaq qiymətləri ilə bağlı qərarların ehtiyatla verilməsi və sosial birliyin qorunmasına çağırışlar da vəziyyətin hakimiyyət üçün nə qədər həssas olduğunu göstərir.

Əhalinin gündəlik yaşayış səviyyəsinin daha da pisləşməsi, xüsusilə ərzaq və yanacaq qiymətlərinin yüksəlməsi davam edərsə, İranda iqtisadi narazılığın yenidən küçə etirazlarına çevrilməsi riski də arta bilər...

S.Laçın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:163
embedMənbə:https://moderator.az
archiveBu xəbər 29 Avqust 2026 08:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see321

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see321

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see315

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see306

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see302

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see300

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see297

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see294

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see290

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see287

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see262

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see261

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see259

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see257

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see252

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see252

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see248

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see247

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see244

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri