İranda təhlükəsizlik qüvvələri xəstəxanalara hücum etdi
Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.
İranın təhlükəsizlik qüvvələri Elam şəhərində etirazçıların toplaşdığı Xomeyni xəstəxanasına hücum edib.
Bakıvaxtı.az xəbər verir ki, oxşar hadisə Tehrandakı Sina xəstəxanasında da qeydə alınıb.
Təhlükəsizlik qüvvələri Sina xəstəxanasının girişini bağlayıblar. Binadan atəş səsləri eşidilib. Bundan sonra etirazçılar ərazidən qaçmağa başlayıblar.
Bununla yanaşı, Tehranın metrostansiyalarında etirazçılara qarşı gözyaşardıcı qazın tətbiq edilməsi barədə məlumatlar daxil olub.
Qeyd edək ki, İranda rialın dəyərdən düşməsi və əhalinin rifah şəraitinin pisləşməsinə görə, etiraz aksiyaları keçirilir. Etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verib, ölən və yaralananlar olub. Həmçinin 600-dən çox insanın saxlanıldığı bildirilir. Onların arasında yeniyetmələr də var./Report
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 07 Yanvar 2026 00:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















