ŞOK: İranda təhlükəsizlik qüvvələri niyə etirazçıların gözlərinə atəş açır?
Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.
İranda təhlükəsizlik qüvvələri etirazçılara qəsdən baş və göz nahiyəsindən atəş açır. Məqsəd nümayişçiləri şikəst və kor etməkdir.
Globalinfo.az xəbər verir ki, bu barədə The Guardian qəzeti həkimlərə istinadən məlumat yayıb.
Tehrandakı xəstəxanalardan birində oftalmoloq 400-dən çox göz yaralanması qeydə alıb. Bir çox zərərçəkən ömürlük görmə qabiliyyətini itirib, bəzi hallarda gözlərin çıxarılması zəruri olub.
Xəstəxanalar doludur, dərman və qan çatışmazlığı var, yaralılar bəzən küçələrdə müalicə olunur. Həkimlər bildirir ki, təhlükəsizlik qüvvələri vaxtaşırı xəstəxanalara girərək yaralı etirazçıları aparır.
Hüquq müdafiəçiləri gözlərə və cinsi orqanlara atəş açılmasını qorxu yaratmağa yönəlmiş planlı taktika kimi qiymətləndirir. İnternetin demək olar ki, tam bloklanması səbəbindən baş verənlərin yalnız kiçik bir hissəsi dünyaya çatır.
Bu fonda İranın ədliyyə naziri küçələrdə olan hər kəsin “cinayətkar” sayıldığını bildirib. Eyni zamanda, İsrail və ABŞ mümkün risklər fonunda qabaqlayıcı tədbirlər görür.
Ölkədə iqtisadi vəziyyət də pisləşir. Sanksiyalar səbəbindən İran bank sistemi iflas həddinə yaxınlaşır. Artan gərginlik fonunda çoxsaylı iranlılar ölkəni tərk edir və Türkiyə istiqamətində sərhədi keçirlər.
Diplomatik mənbələrin məlumatına görə, Türkiyə İran və ABŞ arasında dialoqu bərpa etməyə çalışsa da, danışıqlar çox ləng gedir. Bu barədə CNN-in yaydığı məlumatda bildirilib.
Əliyar Xəlil
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 14 Yanvar 2026 21:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















