İranda vəziyyət ağırdır, insanlar dözə bilməyəcək Keşişyan
Axar.az saytına istinadən Icma.az xəbər verir.
Paytaxtda müəyyən qədər zəifləməsinə baxmayaraq, İranda etiraz aksiyaları müxtəlif şəhərlərdə davam edir, ölənlər və yüzlərlə saxlanılan var, iqtisadi vəziyyət isə çox ağırdır.
Axar.az xəbər verir ki, bunu Tehranda nəşr olunan erməni “Araks” qəzetinin baş redaktoru Movses Keşişyan deyib.
“İnsanların gündəlik yaşayışı ilə birbaşa bağlı olan məhsullar – məsələn, yumurta, ət və ərzaq – birdən-birə bəzi hallarda hətta 30–40 faizə qədər bahalaşdı. Bu isə vəziyyəti daha da çətinləşdirdi. Hazırda gözləmə vəziyyəti var. İnsanlar hökumətin vəziyyəti tənzimləmək üçün daha ciddi addımlar atacağını gözləyirlər, əks halda hər şey daha da ağırlaşa bilər. Dolların məzənnəsi kəskin şəkildə artıb. Eyni zamanda internet kəsintiləri var, bütün bunlar xalqın psixoloji durumuna da təsir edir”, – Keşişyan bildirib.
Onun sözlərinə görə, etiraz dalğasının daha geniş miqyas alması təhlükəsi mövcuddur։
“Əgər bir insanın aylıq gəliri, məsələn, 100–150 dollar təşkil edirsə, amma yemək üçün xərcləməli olduğu məbləğ 300 dollara çatırsa, bu zaman insanlar artıq dözə bilməyəcəklər. Təbii ki, partlayışlar baş verəcək və həmin partlayışların gücü daha da arta bilər”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 08 Yanvar 2026 17:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















