“İranda insanlar daha qorxmur...”
Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.
İran hökuməti ABŞ-nin mümkün zərbələrinin onun devrilməsinə və etirazların yenidən başlamasına səbəb ola biləcəyindən narahat olmağa başlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” agentliyi iranlı rəsmilərə istinadən məlumat yayıb.
Agentlik iddia edir ki, İranın ali rəhbəri Ayətullah Əli Xameneiyə təqdim olunmuş məlumata görə, əhalinin yanvar etirazlarının qəddar şəkildə yatırılmasından narazılığı pik həddinə çatıb, İranda insanlar daha qorxmur və qorxu amili artıq onların geri çəkilməsinə kifayət etmir.
Bildirilir ki, ölkə rəhbərliyi xarici təzyiqin, o cümlədən ABŞ tərəfindən mümkün zərbənin etirazçılara daha aktiv hərəkət etmək üçün əlavə cəsarət verə biləcəyindən qorxur.
Agentliyin məlumatına görə, İran vətəndaşları çox qəzəblidirlər, onların qarşısını alan “qorxu divarı” isə artıq dağılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 03 Fevral 2026 11:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















