İranda xristianlar Trampı pisləyib
Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İran Parlamentində təmsil olunan xristian icmalarının nümayəndələri Roma Papası Papa XIV Leoya ünvanladıqları bəyanatda ABŞ prezidenti Donald Trampın fikirlərini kəskin şəkildə pisləyiblər.
Modern.az xəbər verir ki, Bəyanatda İranın “cinayətkar düşmənlər tərəfindən hücuma məruz qalması” ilə bağlı Papaya göstərdiyi mövqeyə görə təşəkkür ifadə olunub. Eyni zamanda, Trampın Papa barədə səsləndirdiyi fikirlər “təhqir” kimi qiymətləndirilib.
Sənəddə qeyd olunur ki, İran Parlamentində təmsil olunan assur, xaldey katolik, erməni katolik və erməni apostol icmaları adından çıxış edən deputatlar bu cür ifadələri qəbuledilməz hesab edirlər.
Bəyanatda vurğulanıb ki, dini liderlərin, eləcə də İsa Məsihin təhqir olunması həm xristianlıq prinsiplərinə, həm də sülh, ədalət və humanizm dəyərlərinə ziddir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:171
Bu xəbər 15 Aprel 2026 04:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















