İranda yanacaqdaşıyan iki avtomobil toqquşdu: Ölən və yaralananlar var
Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.
İranda İranşəhr-Sarbaz avtomobil yolunda yanacaqdaşıyan iki avtomobil toqquşub.
Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verir.
Məlumata görə, qəza nəticəsində iki nəfər ölüb, iki nəfər isə ağır yaralanıb.
Qəzaya yolun əlverişsiz olması və yüksək sürətin səbəb olduğu ehtimal edilir. Maşınlar benzin daşıdıqları üçün yanğın və partlayış baş verib.
Qeyd olunur ki, Sistan və Bəlucistan əyalətində baş verən oxşar qəzalar regionun təhlükəli yolları və çətin iqtisadi şəraitlə bağlıdır.

Ağsuda iki avtomobil toqquşdu: Ölən və yaralananlar var
10 Dekabr 2024 09:36
Tərtərdə iki avtomobil toqquşdu ölən və yaralananlar var
11 Mart 2025 23:58
İranda polislər güllələndilər: Ölən və yaralananlar var
28 Mart 2025 09:36
İranda mədən çökdü: Ölən və yaralananlar var…
14 Noyabr 2024 15:30
İranda mədən çöküb Ölən və yaralananlar var
14 Noyabr 2024 16:36

