Icma.az
close
up
RU
İRANDAKI BÖHRAN: Türkiyə və Azərbaycanın mövqeyi üst üstə düşür “Birgə hərbi təlimlər başlaya bilər...”

İRANDAKI BÖHRAN: Türkiyə və Azərbaycanın mövqeyi üst üstə düşür “Birgə hərbi təlimlər başlaya bilər...”

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

İranda davam edən etirazlar ölkədə uzun müddətdir formalaşan sistemli böhranın açıq təzahürüdür. Politoloq Fərhad Məmmədovun fikrincə, hazırkı vəziyyət klassik sosial və ya siyasi narazılıqlardan fərqli olaraq, rejimin mövcudluğu məsələsini ön plana çıxaran ekzistensial qarşıdurma mərhələsinə keçib.

Onun sözlərinə görə, etirazların qanlı üsullarla yatırılması cəhdləri İran hakimiyyətinin böhranın dərinliyini dərk etdiyini göstərir. Bu mübarizədə birbaşa öz varlığı uğrunda savaşan əsas aktorlar İranın ali dini lideri Ayətullah Əli Xamenei və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəhbərliyidir.

Politoloq qeyd edir ki, İran Prezidenti Məsud Pezeşkian formal olaraq legitim siyasi fiqur sayılsa da, real güc mərkəzinə daxil deyil və ali liderin müəyyən etdiyi gündəliyə tabe olmaq məcburiyyətindədir. Pezeşkian etirazları müəyyən qədər yönləndirməyə, kanalizə etməyə çalışsa da, onun son müsahibəsi bu cəhdlərin uğursuzluğa düçar olduğunu göstərib.

Fərhad Məmmədovun fikrincə, etirazlar artıq ilk aktiv mərhələni arxada qoyub və hakimiyyətin cavabı sərt repressiyalar olub. Lakin əsas sual qarşıdakı dövrdə ikinci etiraz dalğasının olub-olmayacağıdır.

“Etirazlar uzunmüddətli xarakter alacaqmı? Müxalifət konkret siyasi sima və alternativ təqdim edə biləcəkmi? Hazırda etirazların yalnız şahın oğlu Rza Pəhləvi ilə assosiasiya olunması prosesin dönüş nöqtəsinə çatmadığını göstərir”, – politoloq bildirir.

Onun sözlərinə görə, bu mərhələdə etirazlar hələ “qayıdışsız nöqtə” statusu qazanmayıb. Ekspert qeyd edir ki, daxili proseslərlə paralel olaraq vəziyyətə təsir göstərə biləcək ciddi xarici faktorlar da mövcuddur. Bu mərhələdə əsas aktorlar ABŞ və İsraildir.

Fərhad Məmmədov ABŞ-nin İranla bağlı məqsədlərini minimumdan maksimuma doğru belə sıralayır:

- İranın raket proqramının məhv edilməsi;

- İranın Çinin strateji müttəfiqləri sırasından çıxarılması;

- İranın regionda proqnozlaşdırıla bilən dövlətə çevrilməsi.

İsrailin məqsədləri isə daha təhlükəsizlikyönümlüdür. Politoloqun fikrincə, Suriyadan və İraqdan keçən hava dəhlizinin açıq olması İsrail üçün İranın raket potensialını maksimum dərəcədə zəiflətmək baxımından tarixi fürsət yaradır. Eyni zamanda, mümkün vətəndaş müharibəsi İranın resurslarını daxilə yönəldə bilər, lakin bu, ən riskli və proqnozlaşdırılmaz ssenaridir.

Nəticə etibarilə ABŞ və İsraili birləşdirən əsas ortaq məqsəd İranın raket proqramının sıradan çıxarılmasıdır. Politoloq hesab edir ki, etirazların real şəkildə yönləndirilməsi yalnız ali liderin və SEPAH rəhbərliyinin neytrallaşdırılması yolu ilə mümkündür və Tramp administrasiyası yalnız ikinci etiraz dalğası baş verərsə, bu ssenariyə gedə bilər.

Fərhad Məmmədov vurğulayır ki, Türkiyə İranın dağılmasında və vətəndaş müharibəsində maraqlı deyil. Ankaranın əsas məqsədi İranın “failed state”ə çevrilməsinin qarşısını almaqdır.

Bu səbəbdən Türkiyə hadisələrin ikinci mərhələsini gözləyəcək və legitim hakimiyyət – prezident və hökumətlə münasibətləri davam etdirməyə üstünlük verəcək. Lakin İran vətəndaş müharibəsinə sürüklənərsə, Türkiyə humanitar və təhlükəsizlik baxımından proseslərə reaksiya vermək məcburiyyətində qalacaq.

Politoloqun fikrincə, Azərbaycanın mövqeyi Türkiyə ilə tam üst-üstə düşür. Azərbaycan cəmiyyətində İrandakı hadisələr emosional qarşılanır, lakin dövlət səviyyəsində yanaşma rasionaldır.

“Bakı–Tehran münasibətlərinin səviyyəsi Azərbaycanın İranın daxili işlərinə qarışmasını istisna edir. Azərbaycan özü də Tehrandan daxili işlərinə müdaxilə edilməməsini tələb edir. Bu səbəbdən hazırkı şəraitdə Azərbaycanın İrana qarşı hərbi əməliyyatlarda iştirakı və ya etirazlara təsir mexanizmlərində yer alması mümkünsüzdür”, – deyə Fərhad Məmmədov vurğulayır.

O qeyd edir ki, Azərbaycan stabil və proqnozlaşdırıla bilən İranın mövcudluğunda maraqlıdır. Bakı İsraillə yüksək səviyyəli münasibətlərə, ABŞ ilə isə yeni keyfiyyət mərhələsinə keçən əlaqələrə malikdir. Lakin bu münasibətlərin gündəmində İrana qarşı hərbi əməliyyat mövzusu olmayıb və olmayacaq.

Politoloqun qənaətinə görə, əsas sual İranın bu böhrandan hansı formada çıxacağıdır. Azərbaycanın mövqeyi də məhz bu nəticələrə uyğun olaraq formalaşacaq.

Etirazlar səngiyərsə, Bakı legitim hakimiyyətlə əməkdaşlığı davam etdirəcək. Əgər İran vətəndaş müharibəsi və dövlətçilik böhranı ilə üzləşərsə, İrandakı azərbaycanlıların mövzusu tamamilə yeni məzmun kəsb edəcək və Azərbaycan öz təhlükəsizliyini təmin etmək məqsədilə müxtəlif kontekstlərdə soydaşlarına dəstək verə bilər.

Fərhad Məmmədov sonda bildirir ki, hazırkı vəziyyət imkanlardan daha çox risklər yaradır və belə dövrlərdə əsas prioritet təhlükəsizliyin təmin olunmasıdır. Onun sözlərinə görə, 2026-cı ilin əvvəli Azərbaycan–Türkiyə birgə hərbi təlimləri ilə, ən azı Hərbi Hava Qüvvələri istiqamətində başlaya bilər.

Rasim Əliyev

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:36
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 12 Yanvar 2026 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see156

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see147

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see145

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see136

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri