İrandakı iğtişaşların arxasında 10 ölkənin kəşfiyyatı dayanır
Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İranda baş verən “son terror hadisələri”nin arxasında 10 xarici xüsusi xidmət orqanı dayanır.
Axar.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatında deyilir.
Bəyanatda SEPAH baş verən hadisələri İranın ərazi və milli bütövlüyünü təhdid edən “Amerika-İsrail planının uğursuz bir hissəsi” kimi xarakterizə edib.
İddia edilib ki, 2025-ci ilin iyun ayında baş verən 12 günlük müharibədən sonra daxili xaos yaratmaq, hərbi müdaxiləni təşviq etmək və təhdid hesab edən qrupları səfərbər etmək üçün xarici "nəzarət mərkəzi" yaradılıb.
SEPAH ittiham etdiyi xüsusi xidmət orqanlarının adını açıqlamayıb.
Qeyd edək ki, 2025-ci il dekabrın 28-də İranda iqtisadi vəziyyətə görə kütləvi etiraz aksiyaları başlayıb. Aksiyalar daha sonra iğtişaşa çevrilib. Toqquşmalarda rəsmi məlumata görə, 3117 nəfər ölüb, qeyri-rəsmi məlumatda isə ölənlərin sayının bundan qat-qat çox olduğu iddia edilir. Minlərlə insan həbs olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 24 Yanvar 2026 22:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















