Icma.az
close
up
RU
Zülfüqarov: İrandakı etirazların arxasında ölkənin siyasi elitasının bir hissəsi dayanır

Zülfüqarov: İrandakı etirazların arxasında ölkənin siyasi elitasının bir hissəsi dayanır

Icma.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“İranda baş verən etiraz aksiyalarının arxasında ölkənin siyasi elitasının müəyyən hissəsi dayanır. Bildiyiniz kimi, İranın dövlət quruluşu olduqca mürəkkəbdir. Faktiki olaraq ölkədə ikili idarəetmə sistemi mövcuddur. Bir tərəfdə ruhani hakimiyyət, digər tərəfdə isə icra strukturlarına rəhbərlik edən institutlar dayanır. Başqa sözlə, İranda ikili strukturlaşma var. Sanki iki ordu, iki kəşfiyyat qurumu fəaliyyət göstərir. Digər sahələrdə də bu paralellik müşahidə olunur. O cümlədən iqtisadi sfera da bu vəziyyətdən kənarda deyil. Bu strukturlar arasında uzun illərdir ciddi rəqabət gedir. Hazırkı etirazlar da məhz bu rəqabət fonunda meydana çıxıb”.

Bu fikirləri “Reytinq” qəzetinə açıqlamasında Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

Onun qənaətincə, İranda gedən proseslərin arxasında elitanın müəyyən hissəsi dayanır:

“Ruhani hakimiyyət hökumətə təsir imkanlarını qoruyub saxlamaq məqsədilə SEPAH-a (İslam İnqilabı Keşikçiləri Korpusu) geniş səlahiyyətlər verib. Bu qurumun maliyyə imkanları olduqca böyükdür. Ticarət, xüsusilə sanksiyalar şəraitində neftin satışı və bir çox strateji məsələlər SEPAH-ın nəzarətindədir. Küçələrdə keçirilən etiraz aksiyalarında isə nə açıq təşkilatçı, nə də liderlər görünür. Bunun əsas səbəbi odur ki, bu etirazların arxasında siyasi elitanın müəyyən hissəsi dayanır. Görürük ki, bu dəfəki etirazlar daha genişmiqyaslıdır və əsasən ruhani hakimiyyətə qarşı yönəlib”.

T. Zülfüqarov ehtimal edir ki, etirazlar fonunda ruhani hakimiyyətin səlahiyyətlərinin bir hissəsi digər siyasi mərkəzlərin əlinə keçə bilər:

“Bu, mümkün ssenarilərdən biridir. Diqqət etsək görərik ki, ruhani hakimiyyətin başında duran şəxs yaş amilinə görə artıq ciddi çətinliklərlə üzləşir. Onun varisi kimi isə oğlunun adı çəkilir. Bu, faktiki olaraq sülalə hakimiyyətinə doğru atılan addım kimi qiymətləndirilir. Üstəlik, yayılan məlumatlara görə, həmin ailənin təxminən 100 milyard dollar həcmində qiymətləndirilən böyük maliyyə ehtiyatları mövcuddur”.

Sabiq nazir hesab edir ki, bəzi rəsmi bəyanatlar İran hakimiyyəti daxilində gedən mübarizəni açıq şəkildə ortaya qoyur:

“Məsələn, prezident Pezeşkian bildirir ki, insanlar etiraz edə bilərlər və onun hökuməti etirazçılarla dialoqa, müzakirələrə hazırdır. Eyni zamanda o vurğulayır ki, polisə hücum edən və ya polis əməkdaşlarını öldürən qüvvələrə etirazçıların özləri imkan verməməli, bu cür şəxsləri sıralarından kənarlaşdırmalıdırlar. Fikrimcə, bu qüvvələr İranda müəyyən dəyişikliklər edə biləcəklərinə ümid edirlər. Mənim şəxsi qənaətim də ondan ibarətdir ki, hazırda İranda gedən proseslərin nəticəsində mütləq şəkildə müəyyən dəyişikliklər baş verəcək”.

Zülfüqarov xatırladır ki, əvvəlki etiraz dalğalarından sonra da nəzərəçarpmasa belə, müəyyən dəyişikliklər baş verib:

“İnsanlar küçələrə çıxdıqdan sonra polis qadınlara münasibətdə daha ölçülü və ehtiyatlı davranmağa məcbur oldu. Ruhani hakimiyyətin təsir dairəsində olan bəzi sərt qaydalar isə tədricən yumşaldıldı. Hesab edirəm ki, indiki etiraz dalğası fonunda da oxşar dəyişikliklər olacaq və şərti olaraq islahatçı qanad öz mövqelərini daha da möhkəmləndirəcək”.

Onun sözlərinə görə, islahatçıların mühafizəkarlar üzərində üstünlük əldə etməsinin mümkünlüyünü göstərən əsas amillərdən biri xalqın dini hakimiyyətə qarşı artan narazılığıdır:

“Digər tərəfdən, ali dini lider yaşlanıb və təbii proses nəticəsində hakimiyyətin yenilənməsi zərurəti yaranır. Varis kimi oğlunun adı çəkilsə də, dini və mədəni institutların böyük hissəsi bu namizədliyi qəbul etmir. Bu baxımdan, bir müddət sonra İranda hətta konstitusiya dəyişikliklərinin də gündəmə gələ biləcəyini istisna etmirəm. Bir məsələ isə artıq aydındır: bu etirazlar İranda dəyişikliklərin qaçılmaz olduğu barədə açıq mesajdır”.

Nemət ORUCOV

Reyting.az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://reyting.az
archiveBu xəbər 12 Yanvar 2026 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see187

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see186

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see159

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see155

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see153

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see150

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see149

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see140

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see137

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see135

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri