Icma.az
close
up
RU
İrandakı molla rejimi yıxılana qədər İsrail hücumlardan əl çəkən deyil ŞƏRH

İrandakı molla rejimi yıxılana qədər İsrail hücumlardan əl çəkən deyil ŞƏRH

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Netanyahu və Tramp sağ göstərib, sol vura bilər. Dəfələrlə danışıqlar gedərkən anidən ABŞ və İsrailin İrana hücum etdiyinin şahidi olduq"

Bütün dünyanın diqqəti yenidən Yaxın Şərqdə cərəyan edən gərgin toqquşmaya yönəlib. SEPAH ötən gün, gözlənilmədən İsraili raket atəşinə tutub. ABŞ və İran arasında aprelin 8-də atəşkəs imzalansa da, tərəflər fasilələrlə bir-birlərinə zərbələr endirməyə davam edirdilər. Lakin İran atəşkəsdən sonra ilk dəfə olaraq məhz ötən gün İsrailə birbaşa hücumlar həyata keçirdi.

Parlament sədri Məhəmmədbaqer Qalibaf, atəşkəslə bağlı ABŞ-yə xəbərdarlıq ünvanlayıb. O bildirib ki, ABŞ və İsrail etimad yaratmaq üçün əsl iradə nümayiş etdirməyənə qədər İranın cavabı sərt olacaq. ABŞ Prezidenti Donald Trampın proseslərə reaksiyası təəccüb doğurub. O, İsrailin Baş naziri Benyamin Netanyahu ilə əlaqə saxladığını və onu döyüş meydanında tək buraxmaqla hədələdiyini açıqlayıb.

Mövzu ilə bağlı politoloq Qabil Hüseynli Sherg.az-a bildirib ki, İranın ABŞ ilə danışıqları birtərəfli qaydada gedir:

"İsrail isə İranı elə bir vəziyyətə sürükləməyə çalışır ki, Tehran sonda irəli sürülən bütün şərtləri qəbul etməyə məcbur qalsın. Məhz buna görə, İsrail ABŞ olmadan İranın limanlarına zərbələr endirir. Əsas hədəfləri Bəndər-Abbas limanıdır. Çünki SEPAH-ın dəniz bazaları burada yerləşir. İranın idxal və ixracının təxminən 60-70%-i Bəndər-Abbas limanından keçir”. 

Politoloqun sözlərinə görə proseslərin gedişatını, Trampın açıqlamarına əsasən analiz etmək düzgün deyil:

“O güya ki, Netanyahunu İrana hücumdan çəkindirmək üçün onu meydanda tək qoymaqla hədələyib. Unutmayaq ki, fevralın 28-də İsrail və ABŞ cütlüyü bütün ölkələrdən xəbərsiz, İrana hücum etməyə başladılar. Kağız üzərində əldə olunan atəşkəs, regiondakı hərbi gərginliyi səngitməyə kifayət etmədi. Əksinə, müdafiəsiz qalan region İsrailə zərbələr endirmək üçün daha əlverişli imkanlar yaratdı”. 

Q.Hüseynli qeyd edib ki, Trampın dediklərinə ehtiyatla yanaşılmasının tərafdarıyam:

“Netanyahu və Tramp sağ göstərib, sol vura bilər. Dəfələrlə danışıqlar gedərkən anidən ABŞ və İsrailin İrana hücum etdiyinin şahidi olduq. Tərəflər arasında Trampın təbirincə desək, bir həftəyə razılaşma əldə oluna belə, gec-tez yenidən qanlı müharibə başlayacaq. Bir sözlə, İrandakı molla rejimi yıxılana qədər İsrail hücumlardan əl çəkən deyil”. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://sherg.az
archiveBu xəbər 09 İyun 2026 18:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see343

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see292

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see288

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see279

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see274

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see264

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see259

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see257

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see251

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see245

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see235

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see227

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see216

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see200

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see199

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see197

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see193

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see192

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see192

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri