İrandakı müharibə uzanarsa, 45 milyon insan aclıq həddinə çatacaq
Yeniavaz saytına istinadən Icma.az xəbər verir.
Yaxın Şərqdəki münaqişə iyun ayına qədər davam edərsə, dünyada aclıqdan əziyyət çəkən insanların sayı 45 milyon artaraq tarixi rekorda çata bilər.
Yeniavaz.com xəbər verir ki, bunu BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) icraçı direktorunun müavini Karl Skau bildirib.
“Təhlillərimiz göstərir ki, Yaxın Şərqdəki münaqişə iyun ayına qədər davam edərsə, qiymətlərin artması əlavə 45 milyon insanı kəskin aclığa sürükləyə bilər. Bu, qlobal aclığı rekord səviyyəyə çatdıracaq və bu, dəhşətli bir perspektivdir”, - o, Cenevrədə keçirilən mətbuat brifinqində bildirib.
Skau qeyd edib ki, dünyada 319 milyon insan artıq kəskin qida təhlükəsizliyindən əziyyət çəkir. O əlavə edib ki, bu o deməkdir ki, iyun ayına qədər bu rəqəm 360 milyonu keçə bilər.
Bu mövzuda digər xəbərlər:BMT: İrandakı müharibə uzanarsa, daha 45 milyon insan aclığa düçar olacaq
17 Mart 2026 16:48
BMT dən xəbərdarlıq: İrandakı müharibə uzanarsa...
17 Mart 2026 21:25
Tramp: İrandakı müharibə çox yaxın zamanda başa çatacaq
12 Sentyabr 2026 19:05
İsrailin İrandakı əməliyyatı necə başa çatacaq? Açıqlama
13 İyun 2025 19:27
İrandakı iğtişaşlarda ölənlərin sayı 30 minə çatacaq?
25 Yanvar 2026 21:32
Baxış sayı:121
Bu xəbər 17 Mart 2026 22:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















