Icma.az
close
up
RU
Menu

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Ən çox qazanan televiziya aktyorları...

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Bu ilin büdcəsində niyə profisit yaranıb?

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

İrandakı müharibə yeni qlobal ərzaq şokuna səbəb ola bilər The Telegraph

İrandakı müharibə yeni qlobal ərzaq şokuna səbəb ola bilər The Telegraph

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Birləşmiş Millətlər Təşkilatı aprelin 24-də xəbərdarlıq edib ki, İranda davam edən münaqişə yeni qlobal ərzaq şokuna səbəb ola bilər və bu səbəbdən dünya üzrə ərzaq təhlükəsizliyi son illərin ən riskli vəziyyətindədir. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Telegraph” nəşri məlumat yayıb.

BMT-nin "Qlobal ərzaq böhranları hesabatı”na əsasən, 2025-ci ildə təxminən 266 milyon insan kəskin ərzaq qeyri-sabitliyi ilə üzləşib.

Nəşr qeyd edir ki, bu göstərici əvvəlki illə müqayisədə yalnız cüzi yaxşılaşmanı əks etdirir. Ekspertlərin fikrincə, Fars körfəzində artıq səkkiz həftədir davam edən müharibə enerji və gübrə bazarlarını pozduğundan vəziyyət daha da pisləşəcək.

Məqalədə bildirilir ki, qaz qiymətlərinin artması artıq gübrə istehsalının azalmasına gətirib çıxarıb, fermerlər isə yanacaq və xammalın bahalaşması ilə mübarizə aparırlar.

Ən ciddi təsirin idxaldan asılı olan daha kasıb ölkələrdə hiss olunacağı gözlənilir.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş iqtisadçısı Maksimo Torrero bildirib ki, qlobal ərzaq bazarı gələn ilin əvvəlinə qədər davam edə biləcək genişmiqyaslı təklif şoku ilə üzləşir.

"Vaxt gözləmir. Əkin təqvimi ölkələrin iqlim və bioloji şərtlərindən asılıdır və bunu dəyişmək mümkün deyil. Əgər istehsal xərcləri artmağa davam edərsə, fermerlər daha az əkin aparacaq və mövsümün ikinci yarısında məhsuldarlıq azalacaq. Asiyada artıq ərzaq inflyasiyası və xammal qiymətlərinin artdığını görürük", deyə o bildirib.

Nəşr yazır ki, Banqladeş, Hindistan, Şri-Lanka, Tailand, Braziliya, Sudan və Keniya kimi əsas istehsalçılar hazırda enerji və gübrə qiymətlərinin kəskin artdığı bir vaxtda əkin mövsümünün həlledici mərhələsinə daxil olur.

May ayından etibarən əkin mövsümü Şimal yarımkürəsinə keçir və 2026-cı ilin məhsulu üçün vaxt sürətlə azalır.

BMT-nin məlumatına görə, ötən il dünyada kəskin ərzaq qeyri-sabitliyi ilə üzləşən insanların üçdə ikisi cəmi on ölkənin payına düşüb.

"Nigeriya, Konqo Demokratik Respublikası və Sudan təkbaşına bu sayın demək olar ki, üçdə birini təşkil edir”, deyə məqalədə qeyd olunur.

Ən ağır ərzaq böhranları Əfqanıstan, Cənubi Sudan, Sudan və Yəməndə qeydə alınıb – həm pay, həm də təsirlənən insanların ümumi sayı baxımından.

Nəşr vurğulayır ki, zərər çəkənlərin 80 faizindən çoxu münaqişə zonalarında yaşayır. Qiymətləndirmələrə görə, araşdırmaya daxil edilən ölkələrdə 35,5 milyon uşaq kəskin qidalanma çatışmazlığından əziyyət çəkir, onlardan təxminən 10 milyonu ağır vəziyyətdədir.

Bir çox hallarda bu nəticələr geri dönməz olur. Kəskin qidalanma çatışmazlığından sağ qalan uşaqlarda tez-tez ömürboyu davam edən fiziki və zehni inkişaf geriliyi müşahidə olunur.

BMT-nin Qida Təhlükəsizliyi Faza Təsnifatı sisteminin məlumatına görə, 2025-ci ildə aclıq iki regionda – Qəzza sektorunun bəzi hissələrində və Sudanda rəsmi şəkildə təsdiqlənib ki, bu da müşahidə tarixində ilk haldır.

Eyni zamanda, Banqladeş, Niger, Nigeriyanın bəzi bölgələri, Sudan və Suriyada vəziyyətin qismən yaxşılaşdığı qeyd olunub.

Bununla yanaşı, Əfqanıstan, Konqo Demokratik Respublikası, Myanma və Zimbabvedə vəziyyət daha da pisləşib. Sudan və Cənubi Sudanın bəzi bölgələrində aclıq riski qalmaqdadır.

"Mercy Corps” təşkilatının təhlilinə görə, İrandakı müharibənin yaratdığı iqtisadi şok artıq gələcək illər üçün ərzaq təhlükəsizliyi proqnozlarında nəzərə alınıb.

Təşkilat bildirir ki, çatışmazlıq və yüksək qiymətlər artıq fermerlərin 2026 və 2027-ci illər üçün əkin qərarlarına təsir edir.

Nəşr yekunda vurğulayır ki, yanacaq və gübrə qiymətlərinin artması fermerləri planlaşdırdıqlarından daha az əkin aparmağa məcbur edib və bu da gələcək məhsulların bahalaşmasına gətirib çıxaracaq.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:163
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 24 Aprel 2026 18:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see280

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see277

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see262

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see256

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see248

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see240

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see237

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see232

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see231

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see231

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see224

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see220

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see217

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see217

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see214

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see206

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see203

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see198

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see196

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri