Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

İrandakı rejim uçurumun kənarındadır Tramp zərbə qərarı verəcəkmi?

İrandakı rejim uçurumun kənarındadır Tramp zərbə qərarı verəcəkmi?

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Dünəndən etibarən İranda etirazların miqyası kiçilməyə başlayıb. Tramp isə bildirib ki, artıq İranda qətllər dayandırılıb.

Bununla belə son bir həftə ərzində İranda hakim rejimə qarşı kütləvi etirazlar indiyədək görünməmiş miqyasda olub. Ölkənin 86 yaşlı ali rəhbəri, ayətullah Əli Xamenei və onun ətrafı baş verənləri İslam Respublikasının mövcudluğuna, eləcə də öz şəxsi təhlükəsizliklərinə birbaşa təhdid kimi qiymətləndirir və buna görə də kobud zorakılıq metodlarına əl atıb.

Ayətullahların 47 illik hakimiyyəti fonunda İran əhalisinin böyük əksəriyyəti artıq açıq şəkildə belə qənaətə gəlib ki, rejim həm xalqa, həm də ölkədə yaşayan digər icmalara verdiyi sosial-iqtisadi rifah vədlərini yerinə yetirməyib. Bir çoxları davam edən etirazların 1979-cu ildə şah Məhəmməd Rza Pəhləvinin devrilməsi kimi hakimiyyətin süqutuna gətirib çıxaracağına ümid etsə də, analitiklər bu gözləntilərdə müəyyən özünüaldatma elementlərinin olduğunu bildirirlər. Onların fikrincə, ABŞ başda olmaqla güclü xarici müdaxilə baş vermədikcə, Tehran rejimi üsyanı zor gücü ilə boğmağa çalışacaq.

Etirazlar fonunda hakimiyyət ölkədə internetə çıxışı faktiki olaraq tam dayandırıb. Bu səbəbdən İrandan daxil olan məlumatlar məhdud və ziddiyyətlidir.  Ancaq "Human Rights Activist News Agency" (HRANA) təşkilatının məlumatına görə təhlükəsizlik qüvvələrinin sərt müdaxiləsi nəticəsində ölənlərin sayı 2 615-ə yüksəlib, 18 470 nəfər isə həbs edilib. Onlardan 153-nüntəhlükəsizlik qüvvəsi əməkdaşının olduğu vurğulanır. Digərlətrinin etirazçılar və etirazlarla əlaqəsi olmayan mülki şəxs olduğunu bildirilir. Rəsmi mənbələr hələlik dəqiq rəqəmləri açıqlamır.

ABŞ Prezidenti Donald Tramp bir neçə gün əvvəl etirazçıların öldürülməsi dayandırılmayana qədər İranla bütün diplomatik təmasları ləğv etdiyini açıqlayıb. Bununla yanaşı, Tramp İranla biznes aparan bütün ölkələrin mallarına ABŞ-də əlavə 25 faiz gömrük rüsumu tətbiq ediləcəyini elan edib. Hazırda İranın əsas ticarət tərəfdaşı Çin olaraq qalır. Onu İraq, BƏƏ, Türkiyə və Hindistan izləyir.

“Bloomberg” agentliyi yazır ki, Hindistanın Rusiya və İranla ticarəti səbəbindən ABŞ-də artıq 50 faizlik rüsumlarla üzləşməsi Dehlini geri addım atmağa məcbur edib. Nəticədə Hindistan İrana düyü ixracını dayandırıb ki, bu da İran əhalisi üçün strateji əhəmiyyətli ərzaq məhsulunun qiymətlərinin kəskin artmasına səbəb olacaq.

Ekspertlər xəbərdarlıq edirlər ki, Trampın yeni rüsum qərarları Çinlə əldə olunmuş kövrək ticarət razılaşmasını da poza bilər. Pekin artıq bu təhdidləri “iqtisadi məcburetmə” kimi qiymətləndirərək cavab tədbirləri görəcəyini bəyan edib.

ABŞ-də yerləşən Beynəlxalq Böhran Qrupunun iran üzrə eksperti Əli Vaez “The New York Times”a müsahibəsində bildirir ki, rejim mövcud narazılığın səbəblərini aradan qaldırmaq iqtidarında deyil və sadəcə vaxt qazanmağa çalışır: “Rejim narazılığı boğa bilər, amma onu aradan qaldıra bilməz. İran cəmiyyətinin qəzəbi heç yerə yox olmayacaq.”

“Demokratiyaları Müdafiə Fondu”nun analitiki Riçard Qoldberqin fikrincə isə, Tramp artıq iqtisadi və diplomatik təzyiq mexanizmlərini işə salıb və onun əlində daha geniş planların olması istisna deyil. O, ABŞ-nin kiber və hərbi imkanlarının İranın müdafiə potensialını dəfələrlə üstələdiyini vurğulayır.

Buna baxmayaraq, Bəhreyndə yerləşən AGU institutunun iranşünası Əli Alfoneh hesab edir ki, İran rejiminin süqutu nə qaçılmazdır, nə də mütləqdir. Onun fikrincə, Xamenei ya Trampa ciddi güzəştlərə getməli, ya da sürətli daxili parçalanma riski ilə üzləşməlidir. Alfoneh həmçinin xəbərdarlıq edir ki, ABŞ-nin mümkün hərbi müdaxiləsi İranın regionun enerji infrastrukturuna cavab zərbəsi endirməsinə gətirib çıxara və qlobal iqtisadiyyata ciddi zərər vura bilər.

Ekspertlərin ümumi qənaətinə görə, İranda baş verənlər rejimin dərin struktur böhranını üzə çıxarır. Hakimiyyət bu mərhələdən müvəqqəti olaraq çıxa bilsə də, cəmiyyətlə dövlət arasında qarşıdurmanın yeni mərhələsi qaçılmaz görünür.

 “AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:31
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 15 Yanvar 2026 10:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see254

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see229

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see227

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see224

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see193

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see185

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see183

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see170

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see170

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see163

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see162

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see158

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see156

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see155

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see153

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see150

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see147

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see143

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see141

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri