“Tramp İrandakı enerji obyektlərinə zərbə endirməyi nəzərdən keçirir” Axios
Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Trampın yaxın günlərdə İrandakı enerji obyektlərinə zərbə endirməyi ciddi şəkildə nəzərdən keçirdiyi bildirilir.
Bu barədə "Axios" nəşri ABŞ rəsmisinə istinadən xəbər verib.
Məlumata görə, Tramp hələlik son qərarı verməyib. Mümkün hücumların məqsədi Tehrana təzyiq göstərərək onu atəşkəs danışıqlarında Vaşinqtonun şərtlərini qəbul etməyə məcbur etməkdir.
"Axios" yazır ki, belə bir əməliyyat həyata keçirilərsə, İsrail ordusu həftələr sonra ilk dəfə yenidən hərbi fəaliyyətə başlaya bilər. Nəşr eyni zamanda bunun İranın İsrailə raket zərbələri ilə cavab verməsi riskini də artıracağını qeyd edir.
Tramp kabinet iclasında mümkün hücumlara toxunaraq bildirib: “Biz onlara çox sərt zərbə endirəcəyik. Onlar sonda artıq dözə bilməyəcəklərini dedikləri bir nöqtəyə çatacaqlar”.
Ağ Evin mətbuat katibi Kerolin Levit isə Axios-a açıqlamasında deyib: “Prezident Trampın dediyi kimi, ABŞ qalib gələcək və İran onun rəhbərliyi dövründə nüvə silahı əldə etməyəcək”.
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 01 Avqust 2026 12:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















