İrandakı səfirliyimizdə terrorçunu zərərsizləşdirən Vasif Tağıyev bu ölkədə işə başladı
Unikal.az saytına istinadən Icma.az xəbər verir.
Azərbaycanın İrandakı səfirliyinə terror hücumu zamanı ağır yaralanan Vasif Tağıyev yeni işə başlayıb.
"Unikal"ın əldə etdiyi məlumata görə, V.Tağıyev fəaliyyətini Azərbaycanın Ukraynadakı səfirliyində davam etdirir.
Xatırladaq ki, bu gün Azərbaycanın İrandakı səfirliyinə terror hücumundan üç il keçir. 27 yanvar 2023-cü ildə Bakı vaxtı ilə səhər saat 08:30-da İrandakı səfirliyimizə terror hücumu olub. Terroru törədən İran vətəndaşı Yasin Hüseynzadə “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Cinayətkarı zərərsizləşdirən Tağıyev Vasif Natiq oğlu isə ağır yaralanıb. Vasif 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.
Hadisədən sonra Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyəti dayandırılıb. Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları və ailə üzvləri 29 yanvar 2023-cü il tarixində Tehrandan Bakıya təxliyə olunub.
İki dövlət arasında aparılmış danışıqlar nəticəsində 15 iyul 2024-cü il tarixindən etibarən Azərbaycanın İrandakı səfirliyi yeni ünvanda fəaliyyətini bərpa edib, səfir və səfirliyin heyəti İrana geri dönüb.
Seymur Əli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 27 Yanvar 2026 10:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















