İrandakı səfirliyimizdən ölkəyə qayıtmaq istəyənlərə Bildiriş
Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanın İrandakı səfirliyi ölkəyə qayıtmaq istəyən vətəndaşlara bildiriş ünvanlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə səfirlik “X” sosial şəbəkə hesabında məlumat yayıb.
“İran İslam Respublikasından Azərbaycan Respublikasına həyata keçirilməsi nəzərdə tutulan sərnişin təyyarə reyslərinin ləğv edilməsi ilə əlaqədar hazırda İran İslam Respublikasında olan Azərbaycan Respublikası vətəndaşlarının nəzərinə! Azərbaycana qayıtmaq üçün aviabilet əldə etmiş və reyslərin ləğv edilməsi səbəbindən ölkəyə qayıda bilməyən Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycanla İran arasında fəaliyyət göstərən quru yolu sərhəd-keçid məntəqələri vasitəsilə qayıdışına köməklik göstərilməsi və qayıdışın təmin edilməsi üçün vətəndaşlarımızdan Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə və ya Təbriz şəhərindəki Baş Konsulluğuna müraciət etmələri xahiş olunur. İran aviaşirkətlərindən Azərbaycana bilet alan Azərbaycan Respublikası vətəndaşlarının biletlərinin qaytarılması üçün həmin aviaşirkətlərin satış məntəqələrinə müraciət etmələri tövsiyə olunur.
Əlavə məlumat və dəstək üçün: Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinin qaynar xətt nömrələri:
+989018845531 +989055230107 +982122596303
Azərbaycan Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğunun qaynar xətt nömrələri:
+989144721410 +984133334802”, - deyə məlumatda qeyd edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 23 Sentyabr 2026 06:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















