İrandakı müharibə bu ölkəyə də sıçradı: Onlarla ölü var
Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ və İsrailin 28 fevralda İrana qarşı başlatdığı hərbi əməliyyatlar bölgədəki təhlükəsizlik balansını kökündən dəyişdirdi.
Turkustan.az xəbər verir ki, münaqişənin 13-cü günündə İran İsrail ərazisinə genişmiqyaslı raket hücumu etdi. Təl-Əviv də daxil olmaqla, ölkədəki bir çox strateji yerlər hədəfə alındı və İsrail hava hücumundan müdafiə sistemlərinin gərgin səylərinə baxmayaraq, sirenlər səslənməyə davam etdi.
İraqda Xalq Səfərbərlik Qüvvələrinə (Həşd əş-Şabi) məxsus mövqelərə edilən gecə hava hücumlarında 39 nəfər həlak olub.
İraqın qərbində , Suriya sərhədi yaxınlığında yerləşən Ənbar əyalətinin Akkaşat bölgəsində Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) 19-cu Briqadasına məxsus qərargah ABŞ döyüş təyyarələri tərəfindən ağır bombardman edilib. Yerli mənbələr ilkin qiymətləndirmələrə görə, hücum nəticəsində 35 XSQ üzvü həlak olub, 90-dan çoxu yaralanıb. Qərargahın tamamilə dağıldığı və dağıntılar altında qalanlar səbəbindən ölənlərin sayının arta biləcəyi ilə bağlı narahatlıqlar olduğu bildirilib.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 12 Mart 2026 16:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















