Icma.az
close
up
RU
İrandakı səfirliyimizə terror hücumunun 2 ili tamam oldu

İrandakı səfirliyimizə terror hücumunun 2 ili tamam oldu

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanın İrandakı səfirliyinə terror hücumunu 2-ci ili tamam olur.
Modern.az-ın məlumatına görə, 27 yanvar 2023-cü ildə, yerli vaxt ilə səhər saat 08:00 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasının paytaxtı Tehran şəhərində yerləşən səfirliyinə silahlı hücum. Hücum edən şəxs, İran vətəndaşı Yasin Hüseynzadə "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yarararaq, səfirlik əməkdaşlarına atəş açıb. Bu zaman səfirlik əməkdaşları onu zərərsizləşdirməyə cəhd göstəriblər. Basqın nəticəsində diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov həlak olub. Hücumun dəf edilməsi zamanı iki mühafizəçi yaralanıb.Onlardan biri, terrorçunu zərərsizləşdirməyə nail olan Vasif Tağıyev çiynindən və çənəsindən güllə yaraları alıb, əməliyyat olunub. Digər yaralanan şəxs də əməliyyat olunub və bədənindən güllə çıxarılıb.
Orxan Əsgərov 30 yanvarda Bakıdakı İkinci Fəxri Xiyabanda dəfn edilib.

Yasin Hüseynzadə İran hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və istintaqa cəlb olunub. Hücum aktı ilə bağlı Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başladılıb. Azərbaycan Prezidenti İlham Əliyev hücumu qınayan bəyanat verib. Azərbaycan tərəfi məsuliyyətin İranda olduğunu vurğulayıb və hücumu "terror aktı" kimi qiymətləndirib. Azərbaycan Xarici İşlər Nazirliyi hadisədən 2ç gün sonra, yanvarın 30-da səfirliyin əməkdaşlarını Tehrandan evakuasiya edib və diplomatik korpusun fəaliyyəti dayandırılıb.

İran hüquq-mühafizə orqanlarını hücumun şəxsi zəmində törədildiyini iddia edib.
BMT baş katibi Antoniu Quterreş, Avropa İttifaqı, NATO, GUAM, 60-dan çox ölkənin dövlət başçısı, xarici işlər nazirləri və səfirləri hadisəni terror aktı kimi pisləyib.
Səfirliyə hücumu edən Yasin Hüseynzadə İran vətəndaşıdır, Urmiyada yaşayıb. O, Bakıdan olan bir qadınla evlənib və cütlüyün iki övladı olub. Hüseynzadənin sözlərinə görə, səfirlik binasına girəndə "Colt" və "Kalaşnikov" markalı odlu silahları üzərində daşıyırdı.
Yasin Hüseynzadə ilkin istintaqda 2022-ci ilin aprel ayında həyat yoldaşının səfirliyə getdiyini və evə qayıtmadığını iddia edib. O, səfirliyə dəfələrlə səfər etdiyi zaman oradan heç bir cavab almadığını və həyat yoldaşının səfirlikdə olduğunu, onun görüşmək istəmədiyini düşündüyünü bildirib.
Azərbaycan tərəfi bu iddiaları əsassız sayıb. Əksər ekspertlər İrandakı Azərbaycan səfirliyinə hücumu həmin dövrdə iki ölkə arasında baş verən diplomatik qarşıdurmanın məntiqi nəticəsi hesab ediblər.
İran Ədliyyə Nazirliyinin saytında verilən məlumata görə, cinayətkar barədə edam hökmü çıxarılıb. İranın Ali Məhkəməsi bu günlərdə səfirliyə terror hücumu etmiş Yasin Hüseynzadə barəsində çıxarılan edam hökmünü təsdiqləyib. Hökm icra üçün Tehran məhkəməsinə göndərilib.
A.Qorxmaz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:194
embedMənbə:https://modern.az
archiveBu xəbər 27 Yanvar 2025 09:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see535

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see482

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see372

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see263

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see263

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see259

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see241

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see241

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see237

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see230

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see226

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see212

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see205

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see202

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see196

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see196

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see185

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see183

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri