İrandan ABŞ yə yeni nüvə təklifi: Bütün sanksiyaların ləğvini istəyir
Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İranın Xarici işlər nazirinin müavini Kazım Qəribəbadi parlamentdə çıxışı zamanı Tehran–Vaşinqton diplomatik prosesinin son vəziyyəti və ABŞ-yə təqdim olunan geniş təklif paketini açıqlayıb.
Bakupost.az “İRNA”ya istinadən xəbər verir ki, İranın təklifində uranın zənginləşdirilməsi hüququnun qorunması, bütün sanksiyaların ləğvi və regional münaqişələrin dayandırılması əsas maddələr kimi yer alıb.
İran rəsmisi bildirib ki, uranın zənginləşdirilməsi və dinc nüvə enerjisindən istifadə hüququ Tehran üçün danışıqların əsas şərtidir. Təklif paketində həmçinin Livan da daxil olmaqla, bölgədəki müharibələrin dayandırılması, ABŞ-nin dəniz blokadasını aradan qaldırması, İrana məxsus aktivlərin geri qaytarılması və sanksiyaların vurduğu zərərin ödənilməsi tələb olunur.
Bundan əlavə, İran BMT Təhlükəsizlik Şurasının Tehran əleyhinə qəbul etdiyi qərarların ləğvini və ABŞ qüvvələrinin İran ətrafından çıxarılmasını da təklifin əsas maddələri sırasında göstərib.
Röya Rizvanzadə, BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 19 May 2026 16:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















