İrandan Azərbaycana 112 kq heroin keçirmək istədilər
Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Almaniyaya “hazır qida məhsulları” yükü aparan nəqliyyat vasitəsi stasionar rentgen qurğusu vasitəsilə yoxlanılıb, daha sonra yük ətraflı gömrük baxışına cəlb edilib.
İdarədən Gununsesi.info-ya bildirilib ki, yoxlama zamanı narkotik vasitə konservləşdirilmiş düyü olan 1218 ədəd plastik qabın alt hissəsində aşkarlanıb. Çətinləşdirilmiş üsulla gizlədilən heroinin xalis çəkisi 112 kiloqram 761,757 qram təşkil edib.
Faktla bağlı araşdırma aparılır.
Baxış sayı:115
Bu xəbər 03 Avqust 2026 09:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















