İrandan Azərbaycana 75 kq narkotik keçirmək istədilər
Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunları Komandanlığının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycan istiqamətinə dövlət sərhədinin pozulması halının qarşısı alınıb.
"Unikal" xəbər verir ki, bu barədə DSX məlumat yayıb.
Məlumata əsasən keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində xidməti ərazidən ümumi çəkisi 75 kiloqram 875 qram narkotik vasitə (48 kq 875 qram marixuana, 17 kq heroin, 8 kq metamfetamin, 2 kq tiryək) və 2 min ədəd narkotik tərkibli metadon M-40 həbi aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Baxış sayı:101
Bu xəbər 12 İyun 2025 09:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















