Icma.az
close
up
RU
İrandan bizi hansı təhlükə gözləyir? Qüdrət Həsənquliyevdən açıqlama

İrandan bizi hansı təhlükə gözləyir? Qüdrət Həsənquliyevdən açıqlama

Icma.az, Moderator.az saytına istinadən bildirir.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, Ədalət Hüquq və Demokratiya (ƏHD) Partiyasının sədri Qüdrət Həsənquliyev Elchi.az-a açıqlama verib.

Moderator.az açıqlamanı təqdim edir:

- Qüdrət bəy, bəzi xarici siyasi ekspertlər, tədqiqat mərkəzləri ABŞ - İran münaqişəsinin nəticəsi olaraq İran rəhbərliyinin daha da güclənməsini, İranın regional (orta) gücə çevrilməsi və münaqişədən sonra İranın regionda daha aqressiv siyasət yürüdəcəyini söyləyirlər. Bu qiymətləndirmə ilə razısınızmı və Azərbaycanı hansısa təhlükələr gözləyirmi?

- Biz İranın azad, demokratik, güclü iqtisadiyyata sahib rifah dövləti olmasını arzulayırıq. Çünki qonşumuz olması ilə yanaşı, orada soydaşlarımız yaşayır. Güclü İran həm də bizim inkişafımıza töhfə verə bilər. Amma hazırda İranla bağlı başqa bir acı reallıq var. Müharibənin nəticəsi olaraq İranın blokadası daha da gücləndirilib, ölkənin hərbi - sənaye kompleksinə ciddi ziyan vurulub, milli valyuta dayanmadan dəyər itirir. Neft gəlirlərindən asılı olan ölkə neft sata bilmir. Ölkə daxilində alternativ fikrə dözümsüz münasibət ölkənin güclənməsi kimi təqdim oluna bilməz. Müasir siyasi ədəbiyyatda, müxtəlif akademik təsnifatlarda İran orta (regional) güc hesab olunmur və indiki siyasətlə yaxın gələcəkdə də onun belə bir imkanı olmayacaq. Dövlətlər iqtisadi gücünə - ÜDM, adambaşına düşən gəlirə, sənaye, ixrac, maliyyə imkanlarına, hərbi gücünə - müdafiə büdcəsinə, ordunun imkanlarına, texnologiya, raket/ nüvə potensialına, xaricdə hərbi fəaliyyətinə, əhali və ərazisinə - əhali sayına, ərazi ölçüsünə, strateji coğrafi mövqeyinə, diplomatik gücünə - doplomatik şəbəkəsinə, beynəlxalq təşkilatlarda təsir imkanlarına, vasitəçilik qabiliyyətinə, regional təsiir imkanlarına - öz regionunda təhlükəsizlik, iqtisadiyyat və siyasətə təsir etmək qabiliyyətinə, texnlogiya və sənaye imkanlarına - yüksək texnologiyalara sahib olmağa, müdafiə sənayesi, enerji və strateji sektora malik olmalarına, yumşaq güc (soft power) imkanlarına - mədəniyyət, təhsil, brendlər, beynəlxalq reputasiya və cəlbedicilik gücünə, beynəlxalq təşəbbüskarlıq imkanlarına - koalisiya yaratmaq, müəyyən məsələlərdə beynəlxalq gündəmə təsir göstərmək imkanlarına görə regional güc hesab olunurlar. 300 milyard ÜDM-i və 7.4 milyard dollar hərbi xərcləri olan İran bu göstəricilərdən neçəsinə sahibdir? ÜDM-i 720.7 milyard dollara çatan, hərbi büdcəsi 48.3 milyard dollar olan (regional güc sayılan Türkiyənin hərbi xərcləri 30 milyard dollardı), nüvə silahına, ən yeni texnologiyaya sahib olan İsrail belə regional (orta ) güc hesab olunmur. Hindistan, Vyetnam, Səudiyyə Ərəbistanı, Sinqapur, Cənubi Afrika, İndoneziya kimi ölkələr "yüksələn orta (regional ) güc" hesab olunur.

"İrandan bizi hansı təhlükə gözləyir",-sualına gəldikdə isə onu deyim ki, İran əhalisinin az qala yarısı Azərbaycan türküdür, bunu heç kim yaddan çıxarmamalıdır. İran rəhbərliyi sülh və ölkəni yenidən qurmaq barədə düşünməlidir. Bundan başqa, Azərbaycanın istənilən təhdidlərə anında cavab vermək imkanı var. Türkiyə və Rusiya da belə bir vəziyyət yaranarsa, Azərbaycanın yanında olar. İran da bunu bilməmiş deyil və ona görə də İrandan heç bir təhlükə gözləmirəm. Əksinə, düşünürəm ki, biz İranla 3+3 formatında, Mərkəzi Asiya respublikalarının da qoşulacağı iqtisadi inteqrasiyaya, bununla da təhlükəsizliyə və inkişafa yol açan iqtisadi birlik yaratmaq barədə düşünməliyik.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://moderator.az
archiveBu xəbər 07 Oktyabr 2026 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see427

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see312

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see304

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see302

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see301

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see300

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see299

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see295

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see292

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see276

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see264

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see261

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see258

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see258

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see255

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see254

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see253

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see253

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see251

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see250
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri