Icma.az
close
up
RU
İrandan dünyanı təəccübləndirən qərar Əvvəl təhdid etdi, sonra razılaşdı

İrandan dünyanı təəccübləndirən qərar Əvvəl təhdid etdi, sonra razılaşdı

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İranın xarici işlər naziri Abbas Əraqçinin son açıqlaması ictimaiyyətdə birmənalı qarşılanmayıb. XİN başçısı sanksiyaların aradan qaldırılması müqabilində Tehranın beynəlxalq müfəttişlərin nüvə obyektlərinə çıxışını bərpa etməyə və uranın zənginləşdirilməsinə məhdudiyyət qoymağa hazır olduğunu bildirib.

Bu bəyanat bir sıra İran rəsmilərinin ABŞ və Qərbə ünvanlı sərt açıqlamaları fonunda xüsusi diqqət çəkib.

Əraqçinin çağırışı beynəlxalq siyasi arenada necə dəyərləndirləcək? İrana qarşı sanksiyalar hansı halda aradan qaldırıla bilər?

Globalinfo.az-a danışan Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, siyasi şərhçi Sədrəddin Soltan deyib ki, Böyük Britaniya, Fransa və Almaniya tərəfindən İran hakimiyyətinə sentyabrın 28-nə qədər möhlət verilib:

“Avropa üçlüyü BMT Təhlükəsizlik Şurasına müraciət edərək Tehrana qarşı 2231 saylı qətnamənin yenidən tətbiq olunmasını istəyib. Bu, “snapback” mexanizmi də adlanır. İran isə buna qarşı diplomatik və siyasi fəaliyyətini gücləndirib. Rusiya və Çinlə birgə koordinasiyalı fəaliyyət göstərir. Eyni zamanda, BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvləri olan ölkələrlə də danışıqlar aparılır.

Tehran qarşılıqlı hörmət və bərabər hüquqluluq əsasında danışıqlara maraqlı olduğunu bəyan edir. Avropa isə tələb edir ki, İran ABŞ-la birbaşa danışıqlara başlasın, nüvə fəaliyyətini dayandırsın və uranın zənginləşdirilməsi ilə bağlı beynəlxalq ictimaiyyətə şəffaf məlumat təqdim etsin”.

Həmçinin oxuyun:

İsrail Güney azərbaycanlı müxaliflərlə danışıqlar aparır: plan başqadır! – Şmuleviçdən ŞOK


Sədrəddin Soltan 

Siyasi şərçi əlavə edib ki, İran sözügedən tələbə cavab olaraq Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (BAEA) əməkdaşlarını nüvə obyektlərinə buraxmağı dayandırıb:

“Hətta agentliyin baş direktoruna qarşı münasibətlər kəskinləşib. Onu casus elan ediblər və məlumata görə, ölüm təhdidinə məruz qoyublar.

İranın mövqeyi ondan ibarətdir ki, ilk növbədə öz şərtləri qəbul edilməli, daha sonra sanksiyalarla bağlı müzakirələr aparılmalıdır. Tehran əvvəlcədən bu şərtini irəli sürüb, onun qəbul olunacağı ehtimalı isə çox azdır.

Bu ölkəyə qarşı proseslərin necə inkişaf edəcəyi sentyabrın 28-dən sonra daha aydın olacaq. İran hakimiyyəti bildirir ki, ABŞ-la müəyyən səviyyədə əlaqələr var və danışıqlar davam edir”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 08 Sentyabr 2025 20:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri