Icma.az
close
up
RU
İrandan İsrailə məxfi sənəd iddiası: Gerçək uğur, yoxsa siyasi oyun?

İrandan İsrailə məxfi sənəd iddiası: Gerçək uğur, yoxsa siyasi oyun?

Azvision saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bəyanat pafoslu ifadələr və təfərrüatların açıqlanacağına dair vədlərlə müşayiət olunsa da, onunla bağlı nə konkret məlumat, nə də hər hansı sübut təqdim olunmayıb.
İranın "Tasnim" agentliyinin məlumatına görə, müvafiq "əməliyyat bir müddət əvvəl həyata keçirilib", lakin əldə olunan nəticələr yalnız indi açıqlanıb. Buna səbəb kimi materialların gizli şəkildə İrana çatdırılması zərurəti göstərilir. Bildirilir ki, sənədlərin hamısı artıq “təhlükəsiz məkanlara” yetişdirilib və yaxın vaxtlarda öyrənilərək qismən ictimaiyyətə təqdim olunacaq.

Eyni zamanda “Hizbullah”a yaxınlığı ilə tanınan “Al Mayadeen” media şəbəkəsi xəbər verib ki, İranın əlinə yalnız yazılı sənədlər deyil, həm də əhatəli vizual materiallar — foto və video görüntülər keçib. Mənbələrin iddiasına görə, bu materialların emalı xeyli vaxt tələb edir. Lakin bu iddiaların heç biri ilə bağlı ekran görüntüləri, sənəd nümunələri və ya istənilən təsdiqləyici sübutlar yoxdur. Bu isə baş verənləri ciddi şəkildə şübhə altına alır.
Təl-Əviv Universitetinin nəzdində fəaliyyət göstərən Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun (INSS) İran üzrə eksperti doktor Raz Zimet bu xəbərləri skeptik şəkildə şərh edib. Onun sözlərinə görə, İran mediasının bu bəyanatı 2024-cü ilin ortalarında yayılan xəbərlərlə əlaqəli ola bilər. Həmin vaxt iddia olunurdu ki, iranlı hakerlər İsrailin Atom Enerjisi Komissiyasının serverinə daxil olaraq 2014–2023-cü illəri əhatə edən məlumatlar əldə ediblər. Həmin sızma faktı təsdiqlənsə də, onun miqyası məhdud olub və strateji təhlükə yaratmadığı bildirilmişdi. Mümkündür ki, indiki bəyanat həmin məlumatların yenidən işlənərək daha təsirli formada təqdim olunmasından və yeni kəşfiyyat uğuru kimi göstərilməsindən ibarətdir.

Qeyd edilməlidir ki, bu məlumatın ortaya çıxması özlüyündə xəbər qədər mühüm əhəmiyyət daşıyır. Gələn həftə Vyanada MAQATE-nin İdarə Heyətinin iclası keçiriləcək. Müşahidəçilərin proqnozlarına görə, bu iclasda İran nüvə sazişi çərçivəsində Agentliklə əməkdaşlıq etməyən tərəf kimi tanına bilər. Bu iclas ərəfəsində İran üçün gündəmi dəyişmək və diqqəti öz nüvə proqramından yayındıraraq İsrailin nüvə fəaliyyətinə yönəltmək xüsusi əhəmiyyət daşıyır. Bu da həmin taktikanın bir hissəsi ola bilər.
Belə addımlar təsadüfi deyil. İran beynəlxalq müzakirələrə yeni təzyiq elementi əlavə etməyə çalışır — bu da İsrailin nüvə statusunun müzakirəyə çıxarılmasıdır. Tehran əvvəllər də bu mövzunu gündəmə gətirmişdi.
Son həftələrdə İranın artan diplomatik fəallığı da diqqət çəkir. İranın xarici işlər nazirinin müavini Abbas Əraqçi yaxın günlərdə Qahirəyə səfər edib. Səfəri işıqlandıran amerikalı jurnalist Lora Rozenin məlumatına görə, Tehran ABŞ-ın təşəbbüsünə cavab olaraq təqdim edəcəyi təklifə “Nüvəsiz Yaxın Şərq” ideyasını daxil etməyi nəzərdən keçirir. Bu ideya birbaşa olaraq beynəlxalq ictimaiyyət tərəfindən regionda yeganə nüvə silahına sahib ölkə kimi tanınan İsrailə yönəlib.
Qeyd olunan təkliflər daha əvvəl də Misir tərəfindən irəli sürülmüşdü ki, bu da Tehranın ərəb ölkələrini İsrailə qarşı diplomatik təşəbbüs çərçivəsində səfərbər etməyə çalışdığını göstərir. Belə təşəbbüs isə eyni zamanda İrana öz daxili problemlərini diqqət mərkəzindən yayındırmağına xidmət edə bilər.

Bu fonda İsrail daxilində baş verən paralel hadisələri də qeyd etmək yerinə düşərdi. Belə ki, İsrail vətəndaşları Roy Mizraxi və Almoq Atiasın İranda casusluqda ittiham olunaraq saxlanılması barədə məlumatlar yayılıb. İsrail hüquq-mühafizə orqanları bu məsələ ilə bağlı ətraflı məlumat verməsə də, İran tərəfi açıqlayıb ki, "bu şəxslərin həmin əməliyyatlarda əli olubsa da, onların həbsi artıq sənədlərin uğurla ötürülməsindən” sonra baş verib. Bu cür ifadələr xəbərin etibarlılığını artırmaq cəhdi kimi görünür, lakin yenə də konkret faktlarla dəstəklənmir.
Nəhayət, İsrailin guya ifşa olunmuş nüvə proqramı ilə bağlı bəyanatların yayımlandığı gün, İran MAQATE-nin ölkədə 60 faiz səviyyəsində zənginləşdirilmiş uranın həcminin artması ilə bağlı yeni hesabatına reaksiya verib. Tehran MAQATE-ni “öz nəticələrini İsrailin saxtalaşdırılmış kəşfiyyat məlumatlarına əsaslandırmaqda” ittiham edib.
Verilən məlumatlar arasında mövcud paralellər açıq-aşkar informasiya təzyiqi strategiyasından və belə bir narrativ qurmaq cəhdindən xəbər verir ki, burada İsrail təkcə tənqid olunmur, həm də guya özü də qeyri-qanuni nüvə fəaliyyətində iştirak edir.
Beləliklə, bu günə qədər İranın İsrailin nüvə proqramına dair gizli sənədləri həqiqətən əldə etməsinə dair heç bir təsdiq yoxdur. Bu materialların açıqlanacağına dair səsləndirilən niyyətlər həm təbliğat xarakterli gediş, həm də beynəlxalq arenada mühüm qərarlar öncəsi diplomatik kampaniyaya hazırlıq kimi qiymətləndirilə bilər. Bu kontekstdə Tehranın atdığı addımlar daha çox müdafiə xarakterli manevr və diqqəti İranın əleyhinə ittihamlardan yayındıraraq İsrailin nüvə potensialının müzakirəsinə yönəltmək cəhdi kimi görünür.
Bu strategiyanın nə dərəcədə uğurlu olacağı yaxın həftələrdə məlum olacaq. Hələlik belə demək olar ki, Tehranın bəyanatlarında siyasi məqsədlər, real və inandırıcı məlumatlardan daha çox yer tutur.
Səbinə Həsənova
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://azvision.az
archiveBu xəbər 08 İyun 2025 16:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri