İrandan İsrailə cavab: “Utanmadan...”
Icma.az xəbər verir, Ayna saytına əsaslanaraq.
“Məqsəd aydındır: ABŞ-ı onun üçün yeni bir müharibə aparmağa aldatmaq, İran xəstələrini riskə atmaq”
İsrail İranı kimyəvi silahlar hazırlamaqda və onları əczaçılıq fabriklərində gizlətməkdə günahlandıraraq, ABŞ-ı İslam Respublikasına qarşı yeni bir müharibəyə cəlb etməyə çalışır. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi “X” sosial media hesabında yazıb.
"Bu müharibəni qızışdıran İranı - Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin tərəfi, Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının (OPCW) üzvü və Qərbi Almaniyanın Səddam Hüseyn rejiminə verdiyi kimyəvi silahların qurbanını - utanmadan bu cür alçaq silahları əczaçılıq fabriklərində hazırlamaqda və gizlətməkdə ittiham edir. Məqsəd aydındır: ABŞ-ı onun üçün yeni bir müharibə aparmağa aldatmaq, İran xəstələrini riskə atmaq", - deyə Əraqçi vurğulayıb.
Nazirin sözlərinə görə, İsrail nüvə, kimyəvi və ya bioloji silahları qadağan edən bütün konvensiyalara qoşulmaqdan imtina edib, yüzlərlə nüvə başlığına sahibdir, regiondakı yeddi ölkəyə hücum edib və onlardan üçünün ərazisini işğal edib: "Təkcə son bir ildə o, ABŞ-ı İrana qarşı iki uğursuz müharibəyə sürükləyib".
Qeyd edək ki, İsrailin müdafiə naziri İsrael Katz İranın kimyəvi silahlar hazırlamaq üzərində işlədiyini bildirib və bunun qarşısını alacağına söz verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 26 Noyabr 2026 15:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















