Icma.az
close
up
RU
İrandan ölkə valyutası ilə bağlı qərar: Əsginaslardan dörd sıfır silinəcək

İrandan ölkə valyutası ilə bağlı qərar: Əsginaslardan dörd sıfır silinəcək

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

İran öz əsginaslarından dörd sıfırı siləcək, ölkənin rəsmi pul vahidi olan rial tümənlə əvəz ediləcək.

Oxu.Az-ın "Mehr" dövlət agentliyinə istinadən xəbərinə görə, bu, respublika Prezidenti Məsud Pezeşkianın ölkə parlamentinə təqdim etdiyi maliyyə islahatları haqqında qanunda əksini tapıb.

Agentliyin məlumatına görə, bu qanun layihəsi Nazirlər Kabineti tərəfindən təklif edilib və hələ 2019-cu ilin yayında təsdiqlənib, lakin məhz indi Pezeşkian onu təcili şəkildə ölkə parlamentinə təqdim edib.

Qeyd edilir ki, islahatın məqsədi xroniki inflyasiya və valyutanın alıcılıq qabiliyyətinin aşağı olması, xüsusən də gündəlik tranzaksiyaların həcminin artması və milli valyutanın xarici valyutalara nisbətən mənfi imicinin yaranması ilə bağlı ortaya çıxan problemlərlə mübarizə aparmaqdır.

"Qanun layihəsinin mətnində deyilir ki, İranın milli valyutası tümən olacaq ki, bu da hazırda qüvvədə olan 10 min riala və 100 parseyə ekvivalent olacaq. Həmçinin, yeni sistemə keçidin asanlaşdırılması məqsədilə ikiillik dövr keçid dövrü kimi nəzərdən keçiriləcək ki, bu zaman ödəniş üçün həm tümən, həm də rialdan istifadə etmək mümkün olacaq", - deyə "Mehr" islahatın mahiyyətini açıqlayıb.

Hazırda İran rialı olduqca ucuz valyuta hesab edilir, belə ki, bir dollar üçün 420 min rialdan çox (İran Mərkəzi Bankının məzənnəsi ilə) ödəmək lazım gəlir, bazarda dolların qiyməti rekord həddə - 770 min riala çatıb. Bu da terminologiyada çətinliklərə səbəb olur: İran sakinləri məbləği ardıcıllıqla (on dəfə) azaltmağa və qiyməti tümənlərlə - 1979-cu il İslam İnqilabından əvvəl İranda istifadə edilən valyuta ilə adlandırmağa adət ediblər. Bəzən on dəfə azalma kifayət etmir və məbləğ daha üç miqyasda azaldılır, eyni zamanda, qiymətləndirmə vahidi eyni şəkildə tümən adlandırılır. Dörd sıfırın aradan qaldırılması hesablamaları asanlaşdırmalıdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:193
embedMənbə:https://oxu.az
archiveBu xəbər 21 Dekabr 2024 20:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see336

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see287

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see282

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see270

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see253

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see249

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see232

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see232

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see217

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see217

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see212

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see209

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see208

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see207

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see207

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see207

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see206

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see200

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see190

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri