İrandan Rusiyaya aparılan marixuana Azərbaycanda saxlanılıb
Icma.az, Baku.ws saytına istinadən bildirir.
Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
BAKU.WS komitəyə istinadən xəbər verir ki, İdarənin "Biləsuvar" gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya "təzə soğan" yükü aparan nəqliyyat vasitəsi, stasionar rentgen qurğusu və kinoloji xidmət itinin tətbiqi ilə əsaslı yoxlamaya cəlb edilib.
Yoxlama zamanı üzərinə yük yığılan taxta paletlərin alt hissəsində kustar üsulla düzəldilən saxlanc yerində gömrük nəzarətindən gizlədilən 80 bağlamada xalis təmiz çəkisi 25 kiloqram 570 qram narkotik vasitə - qurudulmuş marixuana aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:181
Bu xəbər 04 Sentyabr 2026 10:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















