İrandan sonra növbədə Kubadır? Trampdan İLGİNC AÇIQLAMA
Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ İrana qarşı hərbi əməliyyatını başa çatdırdıqdan sonra Kuba ilə bağlı əlavə tədbirlər planı hazırlamağa başlamaq niyyətindədir.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp açıqlama verib. O, həmçinin Kuba kökənli dövlət katibi Marko Rubioya da müraciət edərək deyib ki, ora qayıtmaq zaman məsələsidir:
"Marko, sən əla çalışırsan, Kuba adlı bir yerlə bağlı fantastik iş görürsən. Ora ilə baş verənlər heyrətamizdir. Amma biz əvvəlcə bunu (İran nəzərdə tutulur - red.) bitirmək istəyirik. Sizin və bir çox insanın Kubaya qayıtması yalnız zaman məsələsidir. Ümid edirəm ki, orada qalmayacaqsınız. Biz sizin geri qayıtmağınızı istəyirik".
Ağ Ev rəhbəri açıqlamasında Venesueladan da danışıb. O, sözügedən ölkədə işlərin yaxşı getdiyinə əmin olduğunu bildirib:
"Delsi Rodrigez (Venesuelanın müvəqqəti prezidenti - red.) və onun ətrafı bizimlə işləyərək fantastik bir iş görürlər. Biz Venesueladan yüz milyonlarla barel neft alırıq və onu Hyustona, digər neft emalı zavodlarına göndəririk. Biz onlara illərdir qazandıqlarından daha çox pul göndəririk".
Xatırladaq ki, bundan əvvəl "The Atlantic" qəzetinin özəl mənbələrə istinadən verdiyi məlumatda ABŞ-nin Kubaya qarşı hərbi əməliyyatı nəzərdən keçirdiyini bildirilmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 06 Mart 2026 14:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















