Icma.az
close
up
RU
Trampın növbəti hədəfi Kubadır? AÇIQLAMA

Trampın növbəti hədəfi Kubadır? AÇIQLAMA

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

"ABŞ Prezidenti Donald Trampın İranla münasibətlərə aydınlıq gətirdikdən sonra hədəfinin Kuba olmasına dair məlumatlar mediada geniş şəkildə yayılmaqdadır. Prezident Tramp özü də dəfələrlə çıxışlarında növbəti hədəf kimi məhz Kubanı göstərib. Son günlərdə isə Pentaqonun Kuba ilə bağlı xüsusi əməliyyatlara hazırlaşdığı barədə məlumatlar dərc olunur".

Bu fikirləri Redaktor.az-a siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Üzeyir Mustafayev bildirdi.

"Bu hadisələr fonunda ilk olaraq qeyd edək ki, hələ ilin əvvəlində ABŞ tərəfindən Venesuelada xüsusi əməliyyat keçirilməsi və prezident Maduronun həbs olunmasından sonra bir sıra analitiklər növbəti hədəf kimi Kubanı göstərirdilər. Lakin ABŞ-nin İranla münasibətləri aydınlaşdırmaq istəyi daha ön plana çıxdı və nəticədə ABŞ/İsrail-İran münaqişəsi yenidən alovlandı. Münaqişə uzun müddətdir davam edir və artıq yalnız bu üç dövləti deyil, regiondakı digər ölkələri, xüsusilə enerji asılılığı olan dövlətləri də əhatə edir. İran isə öz coğrafi üstünlüyündən, Hörmüz boğazına nəzarətindən effektiv şəkildə istifadə edir. Bu da ona ABŞ-yə qarşı ciddi təsir mexanizmi qazandırır. Son danışıqların uğursuz nəticələnməsi münaqişənin hələ də davam edəcəyini göstərir", - deyə o vurğuladı.

Siyasi şərhçinin sözlərinə görə, ABŞ-nin Kubaya mümkün müdaxiləsini bir neçə aspektdən təhlil etmək lazımdır:

"Birinci məsələ Kubanın daxili vəziyyətidir. Uzun müddətdir enerji böhranı yaşayan ölkədə ABŞ embarqoları nəticəsində ciddi iqtisadi gerilik müşahidə olunur. Elektrik enerjisi çatışmazlığı səbəbindən ölkənin bir çox bölgəsində tez-tez kəsintilər baş verir. 2026-cı ilin mart ayına olan statistik məlumatlara görə, 100 mindən çox insan tibbi əməliyyat növbəsindədir, lakin elektrik kəsintiləri səbəbindən bu əməliyyatlar həyata keçirilə bilmir. Bu barədə ölkənin xarici ticarət və xarici investisiyalar naziri Oskar Peres-Oliva Fraqa bildirib. Eyni zamanda, Kubada nadir hallarda baş verən etiraz aksiyaları son dövrlərdə enerji böhranı səbəbindən artmağa başlayıb. Havanada tələbələrin və mülki şəxslərin etiraz aksiyaları keçirdiyi müşahidə olunub. Bu vəziyyət göstərir ki, mümkün xarici müdaxilə halında mövcud hökumətə dəstək azala bilər və bəzi hallarda əhali müdaxilə edən tərəfi dəstəkləyə bilər. Digər tərəfdən isə sanksiyalar və iqtisadi çətinliklər insanları ciddi şəkildə yorub və onlar vəziyyətin yaxşılaşmasını istəyirlər.

ABŞ tərəfinə baxsaq, belə bir müdaxilənin reallaşma ehtimalı birbaşa İranla olan münaqişənin nəticəsindən asılıdır. Əgər bu münaqişə qısa müddətdə həll olunsaydı, Kubaya müdaxilə ehtimalı daha real görünə bilərdi. Lakin hazırda münaqişə davam edir".

Politoloq əlavə etdi ki, Trampın reytinqinin aşağı düşməsi və qarşıdan gələn seçkilər də vəziyyətə təsir edir.

"Respublikaçılar Partiyasının mövqeləri zəifləyib. Eyni zamanda, ABŞ rəhbərliyində İranla bağlı proseslər fonunda fikir ayrılıqları və istefalar da müşahidə olunur. Bu faktorlar göstərir ki, ABŞ hazırda Kubaya birbaşa müdaxilə üçün tam hazır deyil. Mövcud siyasi və institusional vəziyyət belə bir addımı çətinləşdirir.

Lakin digər tərəfdən, əgər İranla münasibətlər ABŞ-nin istədiyi şəkildə tənzimlənərsə, Trampın növbəti hədəf kimi Kubanı seçməsi ehtimalı istisna deyil. Bunun üçün əsas şərt İran məsələsinin həllidir. Əgər İranla razılaşma əldə olunmasa və münaqişə daha da uzansa, həm iqtisadi, həm də hərbi itkilər artsa, bu halda ABŞ-nin yeni bir münaqişəyə, xüsusilə Kubaya qarşı addım atması ehtimalı olduqca aşağıdır", - deyə Ü.Mustafayev yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:152
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 17 Aprel 2026 17:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see379

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see310

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see309

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see269

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see253

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see205

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see198

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see185

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see184

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see183

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see175

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see172

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see171

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see170

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see169

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see168

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see167

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see167

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see167

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri