Icma.az
close
up
RU
İrandan vaxtı keçmiş yağlar gətirilir Üzərindəki yazılardan isə heçnə başa düşmək olmur AÇIQLAMA

İrandan vaxtı keçmiş yağlar gətirilir Üzərindəki yazılardan isə heçnə başa düşmək olmur AÇIQLAMA

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bəzi məhsulların, xüsusilə də İrandan  idxal olunan qidaların üzərində son istifadə tarixi, tərkibi və s. barədə məlumatınların Azərbaycan dilində tərcüməsinin olmaması zaman-zaman gündəmə gələn amma həllini tapa bilməyən problemlərdən biridir. Bəzi hallarda isə satıcılar ya bilərəkdən, ya da bilməyərəkdən vaxtı keçmiş məhsulları da satışa çıxarırlar. Məhsulların üzərindəki yazıların anlaşılmaması isə alıcıların aldadılmasına gətirib çıxarır.

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Milli.Az-a açıqlamasında bildirib ki, istehlakçıların beynəlxalq və yerli hüquqlarından biri də aldıqları mal haqqında dürüst və ətraflı məlumat əldə etmək hüququdur. Onun sözlərinə görə, bu hüquq həm milli qanunvericilikdə, həm də beynəlxalq sənədlərdə açıq şəkildə təsbit olunub.

E.Hüseynov qeyd edib ki, qanunvericiliyə əsasən Azərbaycan əmtəə bazarında satılan bütün mallar, xarici dillə yanaşı, mütləq Azərbaycan dilində markalanmalıdır. Bu tələb təkcə qida məhsullarına deyil, avtomobillərin sənədlərinə, mürəkkəb texniki cihazların istismar qaydalarına və digər bütün mallara da şamil edilir.

Söyləyib ki, xüsusilə İrandan gətirilən mallarla bağlı illərdir ciddi problem mövcuddur:

"Bu məhsulların üzərində məlumatlar insanların başa düşmədiyi fars əlifbası ilə yazılır. Bu isə istehlakçı hüquqlarının birbaşa pozulmasıdır. Bəzi biznes subyektləri bundan sui-istifadə edərək vaxtı keçmiş malları bazara çıxarır və istehlakçıları aldadır".

Eyyub Hüseynov dövlət qurumlarının, xüsusilə gömrük orqanlarının bu məsələdə kifayət qədər sinxron işləmədiyini də vurğulayıb. Nəzərə çatdırıb ki, gömrük orqanları qanun pozuntusu aşkar etdikdə məsuliyyəti başqa qurumların üzərinə atmamalı, müvafiq dövlət orqanları ilə birbaşa əlaqə saxlamalıdırlar.

Dediyinə görə, İrandan idxal edilən malların markalanmasında müəyyən düzəlişlər edilsə də, problem tam həllini tapmayıb.

E.Hüseynov istehlakçılara belə hallarla rastlaşdıqda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin  qaynar xəttinə və Azərbaycan  Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciət etməyi tövsiyə edib:

"Bu cür qanun pozuntuları təkcə istehlakçı hüquqlarının tapdanması deyil, eyni zamanda insanların sağlamlığı üçün real təhlükə, zəhərlənmə riskinin artması deməkdir".

Mina Mikayılova
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 09 Yanvar 2026 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see201

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see180

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see170

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see163

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see146

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see143

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see126

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see126

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see126

ABŞ ın 2027 ci il üçün hərbi büdcəsi 1,5 trilyon dollar olacaq

08 Yanvar 2026 02:03see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri