Icma.az
close
up
RU
Rusiya İrandan fərqli olaraq... AÇIQLAMA

Rusiya İrandan fərqli olaraq... AÇIQLAMA

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Bəşər Əsədin Suriyadakı rejimi devrildikdən sonra proseslər təbii olaraq dəyişilib. Xüsusilə geopolitik vəziyyət ciddi mənada dəyişib. İran və Rusiyanın proseslərdən kənarda qalması haqqında sual yaranır”.
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.
O bildirib ki, son bir ildir ki, bu iki ölkə proseslərdən kənarda qalıb:
“Əsədin orda olmasına baxmayaraq, proseslərə müdaxilə etmək hüququ yox idi. Bunun ən önəmli səbəbləri də Rusiyanın Ukrayna müharibəsinə başının qarışması, Kursk basqını, uzaqmənzilli raketlərdən istifadə, Rusiyanın Cənubi Koreyadan olan hərbçiləri əraziyə gətirməsidir”. 
Onun sözlərinə görə, İran isə İsraillə olan gərginlik və İsrailin Hazırda HƏMASA, “Hizbullaha” qarşı olan əməliyyatlar fonunda yaşanan müharibə riskinə fokslanmışdı:
“Bütün bu hallar Əsəd rejiminə ən böyük dayaq olan Rusiya və İranın münaqişədən kənarda qalmasına zəmin yaratmışdı. Əsəd bunun fərqində deyildi. Nəticədə Türkiyənin dəstəyi ilə rejim devrildi. 
Ümumi mənada Rusiya və İran Suriyada uduzmuş hesab edilir. İki-üç il əvvələ qayıtsaq, vəziyyət tamam başqa olardı. Kifayət qədər dəstəkçiləri var idi və “Astana” formatı aktual idi. Rusiya İrandan fərqli olaraq regiona tutunmağa çalışır. Putinin son müsahibəsində PKK ilə bağlı dedikləri Rusiyanın kürdlər üzərindən regionda qalmaq cəhdlərindən xəbər verir. Buna nail olmaqları çətin məsələdir. Çünki Suriya müxalif qüvvələri Türkiyənin dəstəyi ilə ölkənin şimal-şərqindəki kürdlərə qarşı mübarizəyə başlamaq istəyir. Əgər ABŞ illərdir müdafiə etdiyi kürd qruplaşmaları qorumaq qərarına gəlməzsə, Rusiya yenidən kürdlər üzərindən bölgəyə qayıda bilər”.
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:236
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 24 Dekabr 2024 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see338

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see296

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see288

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see279

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see238

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see231

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see230

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see225

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see224

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see213

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see198

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see185

Azərbaycan millisi Litvanı qəbul edir YENİLƏNİR

04 Oktyabr 2026 08:15see181

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see176

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see173

Konqo DR Səhiyyə Nazirliyi: Ebola epidemiyasının piki geridə qalıb

04 Oktyabr 2026 06:15see170

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

04 Oktyabr 2026 05:06see170

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see168

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see163

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri