Icma.az
close
up
RU
İranı xilas edəcək üç mərhələli plan: Razılaşma təsdiqlənir, pullar geri qaytarılır...

İranı xilas edəcək üç mərhələli plan: Razılaşma təsdiqlənir, pullar geri qaytarılır...

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İranın xarici işlər naziri Abbas Araqçının aprelin 17-də Moskvaya səfəri bir çox baxımdan maraqla qarşılandı. XİN başçısı səfər çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşərək ona İranın ali dini lideri Ayətullah Əli Xameneinin məktubunu təqdim etdi. Moskvada bir sıra vacib açıqlamalar verən Araqçı, daha sonra rusiyalı həmkarı Sergey Lavrovla bir araya gəldi.

Hazırda İran ətrafında müşahidə olunan gərgin vəziyyət fonunda xarici işlər nazirinin Rusiyaya səfəri diqqət çəkir. ABŞ nümayəndələri ilə danışıqların davam etməsinə baxmayaraq, İrana qarşı hücum təhdidi hələ də qalmaqdadır.

Belə bir vəziyyətdə XİN başçısı Moskvaya hansı məqsədlə göndərilmiş ola bilər?

Globalinfo.az-a danışan Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, siyasi şərhçi Sədrəddin Soltan deyib ki, İranın xarici işlər naziri Abbas Araqçının Rusiyaya səfərində üç məsələ ətrafında müzakirənin olması mümkündür:

“Birincisi, tərəflər aprelin 12-də ABŞ və İran arasında Omanda keçirilən danışıqların gedişatı və nəticələri ilə bağlı fikir mübadiləsi aparırlar;

İkincisi, Abbas Araqçı Rusiya prezidentinə İranın dini rəhbəri Əli Xameneinin məktubunu çatdırır;

Üçüncüsü, İran ilə Rusiya arasında sonrakı 20 il üçün nəzərdə tutulan yol xəritəsi ilə bağlı fikir mübadiləsi aparırlar.

Altı maddəlik bu yol xəritəsində Tehran və Moskvanın xarici siyasi kursunun uzlaşdırılması nəzərdə tutulur. ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlar keçirməsinə dair xəbərdarlığı hələ də qüvvədədir. Çünki tərəflər arasında yekun anlaşma yoxdur. Əgər bu olsa idi, o zaman mövcud təhdidlər ikinci dərəcəli görülər və ya şayiə hesab edilə bilərdi”.


Sədrəddin Soltan

S.Soltan bildirib ki, İranın dəstəklədiyi Yəmən husiləri, Fələstinin HƏMAS hərəkatı və Livanın “Hizbullah” qruplaşması müxtəlif pozuculuq fəaliyyətlərini dayandırmırlar:

“Hətta ötən gün HƏMAS girovlar və əsirlər dəyişdirilməyənə qədər İsrail ilə atəşkəsə əməl etməyəcəyini açıqladı. Yəni İran tərəfindən hərbi əməliyyat ilə bağlı məsələlər təsdiqlənərsə, nəzərdə tutulan görüş planları pozula bilər. Amma bu, indiki real şəraitdə mümkünsüzdür.

Hesab edirəm ki, aprelin 19-da İtaliyanın paytaxtı Romada keçirilməsi nəzərdə tutulan İran və ABŞ nümayəndə heyətləri arasında danışıqların ikinci raundunda tərəflər bir-birinə bəzi məsələlərlə bağlı yeni təkliflər verəcəklər. Bu təkliflərdən biri də hazırkı problemin həllinə dair İranın nəzərdə tutduğu üç mərhələli plandır. Plana əsasən, İran uranın zəngilləşdirilməsini 3.67%-ə qədər endirir, ABŞ isə qarşılığında sanksiyaları yumşaldır və xarici banklardakı dondurulan İran pullarını sərbəst buraxır”.

Ekspertin sözlərinə görə, plandakı məsələlərdən biri də ABŞ-ın BMT-nin sanksiyalarını aradan qaldırması ilə bağlı ola bilər:

“Qarşılığında isə İranın Beynəlxalq Atom Enerjisi Agentliyi ilə danışıqları bərpa etməsi mümkündür. Tehran həmçinin nüvə obyektlərində gözlənilməz yoxlamalar aparmaq üçün qəbul edilmiş əlavə protokola əməl də edə bilər.

Növbəti mərhələ isə İranın nüvə proqramı ilə bağlı qəbul edilmiş əhatəli razılaşmanı ABŞ konqresinin təsdiqləməsidir. Bunun da əvəzində zənginləşdirilmiş uranın üçüncü ölkəyə ötürülməməsinə razılıq verməsi ehtimalı var”

Turan Rzayev
Globlainfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:241
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 19 Aprel 2025 16:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see356

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see348

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see344

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see316

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see315

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see250

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see247

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see234

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see229

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see227

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see223

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see218

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see214

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see205

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see203

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see202

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see197

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see192

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see178

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri