İranın “9 ölkə” hədəsi: Bakı bu siyahıdadırmı?
Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İranın ali rəhbərinin müşaviri Məhəmməd Moxber Qətərdə yerləşən “Ras Laffan” qaz kompleksinə edilən hücumu müdafiə edib.
"Bakupost" xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
O, bu zərbənin dünya miqyasında problemlərə səbəb olduğunu bildirib:
“Əsas çəkindirici amil İranın enerji obyektlərinə hücum olacağı təqdirdə digər ölkələrin də analoji infrastrukturunun hədəfə alınmasıdır. Əgər bizim elektrik stansiyalarımızı və neft-kimya müəssisələrimizi vursalar, biz də doqquz ölkənin elektrik stansiyalarını və neft-kimya obyektlərini vurarıq”.
İran rəsmisi bu yanaşmanı ölkənin çəkindirmə strategiyasının əsas elementi kimi təqdim edib.
Açıqlamadan göründüyü kimi, İranın ali rəhbərinin müşaviri 9 ölkəni hədələyib. Lakin o bu ölkələrin hansılar olduğunu açıqlamayıb.
Görəsən, Məhəmməd Moxber 9 ölkə dedikdə, hansıları nəzərdə tutub? Bu siyahıda Azərbaycan da ola bilərmi?
Konfliktoloq Azər Hüseynov “Bakupost”a bildirib ki, Azərbaycanla İran arasında son zamanlar baş tutan qarşılıqlı səfərlər və hazırki münasibətlərin xarakteri sözügedən siyahıda Bakının adının olmadığını söyləməyə əsas verir:
“Azərbaycan həmişə davamlı şəkildə bəyan edib ki, ölkəmizin ərazisindən heç zaman digər ölkələrə qarşı istifadə edilməyib və edilməyəcək. Azərbaycanın apardığı siyasət ümumiyyətlə ölkəmizin istənilən münaqişədən kənar tutulmasıdır. Bu Azərbaycana zəmanət verir ki, ölkəmiz bu cür hadisələr zamanı istənilən müdaxilə və hücumdan qorunsun”. Konfliktoloqun sözlərinə görə, istənilən halda Azərbaycanın hücuma məruz qalması ehtimalının “sıfır”dan aşağı olması dövlətimizin marağına uyğundur:
“Belə bir fonda gələcəkdə İranla bağlı hansısa problemlər yaşanan zaman, bu ölkə tərəfindən Azərbaycanın hədəfə alınacağı ehtimalı çox zəifdir. Azərbaycan balanslı, çoxşaxəli siyasətilə özünü qorumağa çalışır”.
Onun fikrincə, Azərbaycanın hədəfə alınması həm də İranın maraqlarına uyğun deyil:
“Tehran Bakını hədəfə alarsa, əks hərəkətlə üzləşə bilər. Belədə İran özünü tamamilə bütün sərhəd boyu təcrid edər. Ona görə bunu etməsi onun özünün ziyanına olacaq”.
İran rəsmisinin hədələdiyi 9 ölkənin hansılar olduğuna gəldikdə, müsahibimiz hesab edir ki, bunlar ərazisində ABŞ-nin hərbi bazalarının mövcud olduğu ölkələr ola bilər.
Rüfət Sultan,
BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 20 Oktyabr 2026 16:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















