İranın yeni hədəfləri 2 ölkə risk altındadır
Icma.az, Modern.az saytına istinadən bildirir.
İran müharibənin yenidən başlaması və ABŞ-nin hərbi əməliyyatları bərpa etməsi halında Avropadakı ABŞ hərbi obyektlərinə zərbələr endirmək imkanını nəzərdən keçirir.
Modern.az xəbər verir ki, bu barədə Financial Times İran hakimiyyətinə yaxın mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Tehran xüsusilə Cənub-Şərqi Avropadakı ABŞ hərbi obyektlərini mümkün hədəflər sırasında nəzərdən keçirir. Mənbələr Bolqarıstan və Kiprin adlarını çəkiblər.
Nəşrin məlumatına əsasən, İran qüvvələri ABŞ-nin bölgədəki hərbi imkanlarına qarşı mümkün cavab zərbələrinin miqyasını genişləndirmək variantlarını qiymətləndirir.
Mənbələrdən biri bildirib ki, Kiprdəki hərbi infrastruktur da mümkün hədəflər arasında nəzərdən keçirilib. Bolqarıstanın isə ABŞ təyyarələrinin yanacaqla təmin edilməsi üçün öz bazalarından birinin istifadəsinə icazə verdiyi qeyd olunur.
Financial Times həmçinin yazır ki, İran eskalasiya baş verəcəyi təqdirdə Hörmüz boğazındakı sualtı fiber-optik kabellərə qarşı mümkün hücum variantlarını da araşdırıb.
Bununla belə, ekspertlər İranın Avropadakı uzaq məsafəli hədəflərə zərbə imkanlarının məhdud olduğunu bildirirlər. Buna görə də Tehran üçün belə bir ssenarinin praktiki imkanları ayrıca sual olaraq qalır.
Baxış sayı:99
Bu xəbər 19 Avqust 2026 12:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















