Icma.az
close
up
RU
İranın ali dini lideri Pezeşkiana mane olur TƏHLİL

İranın ali dini lideri Pezeşkiana mane olur TƏHLİL

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Ola bilsin ki, həqiqətən də, İran prezidenti ABŞ ilə danışıqlara başlamaq istəyir


İranda ciddi hökumət böhranı yaşanır. İranın strateji məsələləri üzrə vitse-prezidenti Məhəmməd Cavad Zərif, iqtisadiyyat və maliyyə naziri Əbdülnasir Hemmatinin impiçment elan edilməsindən sonra istefa verib. Digər tərəfdən, İran Prezidenti Məsud Pezeşkian nüvə sazişi ilə bağlı ABŞ ilə dialoqu bərpa etmək niyyətində olub. Lakin İslam Respublikasının lideri Ayətullah Əli Xamenei buna qarşı çıxıb. Habelə, Pezeşkianın dil sahəsində islahatlarla bağlı istəklərini də parlament rədd edib. Yaranmış vəziyyət İranda mühafizəkarlarla islahatçılar arasında gərgin mübarizənin getdiyindən xəbər verir. 


Politoloq Zeynal Əmrəliyev "Sherg.az"a deyib ki, İranda mövcud olan idarəçilik sistemi zaman-zaman siyasi qarşıdurmaların yaranmasına səbəb olub. Ekspert vurğulayıb ki, ölkədə siyasi idarəetmə prezident və onun başçılıq etdiyi hökumətin əlində olsa da, nəzarət funksiyası dövlətin ali vəzifəli şəxsi olan dini liderin əlində cəmləşir: 


"Bu isə zaman-zaman tərəflər arasında siyasi toqquşmaya gətirib çıxarır. Ali dini lider və prezident arasında ilk toqquşma İslam inqilabının 2-ci ilində yaşanıb. 1980-ci ildə İran İslam Respublikasının prezidenti vəzifəsinə seçilmiş Əbülhəsən Bənisədrin din xadimlərinə dövlət işlərində yer verməməsi ciddi narazılıq yaradır. Ali dini lider Ayətullah Ruhullah Xomeyni din xadimlərinin dövlət idarəçiliyində aktiv rol oynamasını istəsə də, prezident buna qarşı çıxırdı. Baş verənlər Bənisədrin vəzifəsindən uzaqlaşdırılması və ölkədən qaçması ilə nəticələndi. İranda 44 il sonra yenidən ali dini liderlə prezident arasında qarşıdurma yaşanır. Mühafizəkar qrupun dəstəyi ilə ölkə parlamenti bir neçə gün əvvəl İqtisadiyyat və maliyyə naziri Əbdülnasir Himmətiyə etimadsızlıq göstərərək onu vəzifəsindən azad etdi. Bundan sonra Pezeşkian hökumətinin əsas fiqurlarından hesab edilən vitse-prezident Məhəmməd Cavad Zərif də istefa verdiyini açıqladı. Zərifin istefası ölkə siyasi həyatında ciddi qarşıdurmanın olduğunu göstərir. Pezeşkianın xarici siyasətində əsas hədəf Qərblə nüvə problemi məsələsində razılığa gəlmək və Donald Trampın İrana qarşı mövqeyini yumşaltmaqdır. Bu məqsədlə də Qərblə əlaqələri güclü olan, ABŞ təhsilli Məhəmməd Cavad Zərif vitse-prezident təyin edilmişdi. Ancaq Zərif islahatçı qanadın lideridir". 


Analitik vurğulayıb ki, mühafizəkarlar da ölkə siyasətində aparıcı mövqeyə sahibdir: 

"Parlamentdə çoxluq məhz mühafizəkarların əlindədir. Bu baxımdan Məhəmməd Cavad Zərif daha güclü addımların atılmasını istəsə belə, Pezeşkian balansı qorumağa məcburdur. Pezeşkian hakimiyyətinin 1 ilini tamamlamış bu Zərifin 2-ci istefasıdır. Məhəmməd Cavad Zərif 2024-ci ilin avqustunda da istefa vermişdi. Ancaq prezident onu geri gətirə bilmişdi. Son baş verənlər göstərir ki,  Pezeşkian Zərifi öz komandasında çox saxlaya bilməyəcək. Onlar xarici siyasətdə müttəfiq olsalar da, daxili siyasətlə bağlı kifayət qədər fikir ayrılıqları var. Hərçənd, Pezeşkian özü də son zamanlar ali rəhbərliyə qarşı çıxışlar edir. İran prezidenti bir neçə gün əvvəl verdiyi açıqlamada özünün ABŞ-yə dialoq tərəfdarı olduğunu, ancaq ali dini liderin buna mane olduğunu bildirib. Prezidentin bu çıxışı gözlənilməz olub və müxtəlif cür dəyərləndirilə bilər. İlk növbədə ola bilsin ki, həqiqətən də, Pezeşkian ABŞ ilə danışıqlara başlamaq istəyir. Ancaq Xamenei buna mane olur". 


Z.Əmrəliyev vurğulayıb ki, ali dini liderin ən yaxın adamı olan general Qasım Süleymani məhz Donald Trampın dövründə öldürülüb:

"Bu baxımdan Trampa qarşı İran mühafizəkarlarının, həmçinin ali dini liderin də  münasibəti bir o qədər də yaxşı deyil. İkincisi, Pezeşkian yaxın adamlarının vəzifədən uzaqlaşdırılmasının etirazını məhz bu cür bildirir. Xameneiyə demək istəyir ki, sizin daxildə mənə mane olmağınız mənim xarici siyasətdə əl-qolumu bağlayır. Üçüncü variant isə baş verənlərin sadəcə ABŞ rəhbərliyinə göstərmək üçün bir oyun olduğudur. Son hadisələr ABŞ ilə danışıqlarda Pezeşkianın əlini gücləndirə bilər. İran prezidentinin ölkə daxilində bu şəkildə narazılıq şəraitində danışıqlara getməsi, əslində, İranın çox xeyrinədir. Ehtimal ki, Xameneinin istədiyi Trampın İran prezidentindən çox güzəşt tələb etməməsidir. Bu baxımdan ölkədə ona qarşı ölkədə çox güclü müqavimətin olduğu görüntüsünü yaratmağa çalışır. Düzdür, baş verənlər prezidentin ölkə daxilində mühafizəkarlara qarşı gücünü zəiflətsə də, danışıqlar masasında gücünə güc qatır, rahat bazarlıq aparmasına şərait yaradır. Baş verən hadisələr İran daxilində ciddi siyasi qarşıdurmanın olduğunu göstərir. Şübhəsiz ki, bu siyasi böhran ABŞ-İran danışıqlarında da yan keçməyəcək".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:236
embedMənbə:https://sherg.az
archiveBu xəbər 08 Mart 2025 08:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see283

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see267

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see230

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see213

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see209

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see207

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see200

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see200

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see189

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see183

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see182

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see181

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see177

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see177

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see176

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see176

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see174

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see173

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri