Icma.az
close
up
RU
İranın qadın naziri kimi, Pezeşkiana da təxribat ediləcək

İranın qadın naziri kimi, Pezeşkiana da təxribat ediləcək

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İranda böyük rezonans doğuran yeni siyasi qalmaqal baş verib. Hadisənin mərkəzində nəqliyyat və şəhərsalma naziri, prezident Məsud Pezeşkianın komandasındakı yeganə qadın nazir Fərzanə Sadiqi dayanır.

Ötən həftə Bakıda Azərbaycan, Rusiya və İran nümayəndələrinin iştirakı ilə keçirilən “Şimal–Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə bağlı danışıqlarda iştirak edən xanım nazir səfərdən sonra Tehrana təyyarə ilə deyil, avtomobillə dönmək qərarına gəlib. Təxminən altı saatlıq yol qət edərək Ərdəbil şəhərinə çatdıqdan sonra oradakı hava limanından paytaxta uçmaq istəsə də, təhlükəsizlik yoxlamasından keçmək tələb olunub. Nazir isə bundan imtina edib.

Hadisə şahidlərinin bildirdiyinə görə, nazirlə hava limanının əməkdaşları arasında mübahisə yaranıb. Fərzanə Sadiqi əsəblə “bu hava limanının qapılarını da bağladacağam” deyə hədə-qorxu gəlib və sonda təyyarə ilə uçmaqdan imtina edərək Tehrana avtomobillə yola düşüb.

Növbəti gün hökumətin qərarı ilə Ərdəbil hava limanının direktoru Məhəmməd Kəsəbi vəzifədən azad edilib. Rəsmi açıqlamada bu qərarın “idarəetmə qiymətləndirməsi nəticəsində” verildiyi bildirilsə də, ictimaiyyət və deputatlar bu hadisəni nazirin davranışı ilə əlaqələndirirlər.

Modern.az-a danışan Güney Azərbaycan İcmasının rəhbəri Sayman Aruz bildirib ki, məhz Azərbaycandan qayıdandan sonra hadisənin baş verməsi, bunun sifarişli addım ola biləcəyindən xəbər verir:

“Çünki prezident Pezeşkianın komandası Azərbaycanla sıx əlaqədədir. Pezeşkianın komandasının  hərkətlərindən onların səmimilik nümayiş etdirdiyini görürük. Mühafizəkar komandanın isə bu heç də xoşuna gələn hal deyil. Siyasi etika, protokol deyilən anlayışlar mövcuddur. Həmin protokolu da nəzərə alaraq, nazirin şəxsi çantasını axtarmaq olmaz. Amma onlar məqsədli şəkildə bu işi görüblər. Siyasi qalmaqalın yaranmasında hədəf nə olduğunu təxmin edirik. Məhz nəsə tapmaq, çantaya nəsə qoyub aşkarlamaq, şərləmək niyyətləri olub. Şükürlər olsun ki, həmin xanım buna imkan verməyib. Təbii ki, bir nazir olaraq, növbəti addımları atıb və hava limanının direktoru işdən azad edilib”.

Sayman Aruzun fikrincə bu kimi hadisələrin sayı artacaq:

“Xüsusilə də Azərbaycanla əlaqəsi olan adamlara qarşı bu kimi addımları gözləməliyik. Pezeşkian vasitəsilə Cənubi Azərbaycanda müəyyən yumşalmalara böyük ümid var, amma orada uzun müddət vəzifə tutan mühafizəkar kəsim, manqurtlaşan, həm də panfars təfəkkürünü özündə əsas götürən insanlar çoxdur. Onların müqaviməti ilə zaman-zaman qarşılaşacağıq. Bu hadisə özü də bir start oldu. Növbəti mərhələdə daha hesablı-kitablı hərəkət etməliyik. Hesab edirəm ki, vaxt gələr ki, bu hadisə Pezeşkianın özünə qarşı da ola bilər. Nazirin məsələsindən sonra Pezeşkianın cənab Ərdoğan və möhtərəm Prezident İlham Əliyevlə olan video və şəkillərini yayıb fars mediasında şantaj ediblər, Pezeşkian və onun komandasına böhtan atırlar. Çalışırlar ki, Pezeşkianı xain, satqın kimi göstərsinlər. Belə olan təqdirdə Pezeşkiana qarşı da bu cür aşağılayıcı, protokollara zidd, siyasi əxlaqdan uzaq addımlar atıla bilər. Mən hesab edirəm ki, bütün bu addımların hamısından öz xeyrimizə istifadə etməyi bacarmalıyıq”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://modern.az
archiveBu xəbər 24 Oktyabr 2025 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see230

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see163

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see147

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see143

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see142

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see140

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see138

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see138

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see137

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri