İranın ali rəhbəri: ABŞ İranı yenidən nəzarətə almaq istəyir
Icma.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.
ABŞ-nin əsas məqsədi İrana tam nəzarət etmək və ölkəni "udmaqdır", lakin İran xalqı və İslam Respublikası buna maneə törədir.
Bunu İranın ali rəhbəri Əli Xamnei İslam İnqilabının ildönümü münasibətilə müxtəlif təbəqələrin nümayəndələri ilə görüşündə bildirib.
O, İran və ABŞ arasında 40 ildən çoxdur davam edən düşmənçiliyin kökündə duran səbəbləri izah edib:
"Məncə, məsələni cəmi iki sözlə xülasə etmək olar: Amerika İranı udmaq istəyir, rəşadətli İran xalqı və İslam Respublikası isə buna mane olur. Bütün qarşıdurma bundan ibarətdir".
Xamnei qeyd edib ki, ABŞ-nin İrana olan marağının arxasında ölkənin zəngin təbii sərvətləri və geosiyasi əhəmiyyəti dayanır:
"İranın böyük cazibəsi var. Ölkənin nefti, qazı, zəngin mədənləri, eləcə də strateji coğrafi mövqeyi cəlbedicidir. Təbii olaraq, təcavüzkar və tamahkar bir güc belə bir ölkəyə göz dikir".
Ali rəhbər ABŞ-nin Pəhləvi dövründəki kimi İrana yenidən hakim olmaq niyyətində olduğunu vurğulayıb:
"Onlar bu ölkəni əvvəllər olduğu kimi yenidən ələ keçirmək istəyirlər. Amerikalılar 30 ildən çox İranda olublar. Resurslar, neft, siyasət, təhlükəsizlik və qlobal əlaqələr – hər şey onların əlində idi. 30 il ərzində istədiklərini etdilər. İndi əlləri kəsilib, amma yenidən qayıdıb Pəhləvi dövründəki vəziyyəti bərpa etmək istəyirlər. Lakin İran xalqı möhkəm dayanaraq özünü sipər edir".
Xamnei Qərbin insan hüquqları ilə bağlı bəyanatlarını əhəmiyyətsiz adlandırıb:
"İnsan hüquqları və bu kimi digər məsələlər sadəcə onların söylədiyi dəyərsiz sözlərdir. Əsl məsələ onların tamahıdır. İran isə möhkəm dayanıb və dayanmağa davam edəcək. İnşallah, qarşı tərəfi bu bədniyyətindən və təzyiqlərindən peşman edəcəyik".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 01 Fevral 2026 15:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















