Tramp: İranın nüvə silahı hazırlamaq şansı yoxdur
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İranın nüvə silahı hazırlamaq üçün yenidən fəaliyyətini bərpa etmək şansı yoxdur.
Bu barədə ABŞ Prezidenti Donald Tramp "Fox News" telekanalına müsahibəsində danışıb.
"Onların buna heç bir şansı yoxdur. Biz onları tamamilə geri çəkilməyə məcbur etmişik", – ABŞ Prezidenti deyib.
Tramp İranın nüvə proqramı ilə bağlı əvvəlki administrasiyaların siyasətini sərt tənqid edib.
"Obama İranın tərəfini tutdu və bunun nəticəsində onlar daha da gücləndilər. Onlar Obama və Bayden dövründə xeyli gücləndilər. Baydenin isə yəqin ki, bu məsələdə heç bir sözü keçmirdi", – o bildirib.
ABŞ Prezidenti iddia edib ki, Tehran nüvə sazişi dövründə də nüvə silahı hazırlamaq istiqamətində fəaliyyətini davam etdirib.
"İranın nüvə silahı əldə etməyinə bir neçə dəqiqə qalmışdı. Əgər mən İranla nüvə sazişini ləğv etməsəydim, indi onların artıq nüvə silahı olardı", – Tramp əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 13 İyul 2026 17:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















