Icma.az
close
up
RU
“İranın Azərbaycanla münasibətləri inkişaf etdirməkdən başqa çarəsi yoxdur” SİYASİ ŞƏRHÇİ

“İranın Azərbaycanla münasibətləri inkişaf etdirməkdən başqa çarəsi yoxdur” SİYASİ ŞƏRHÇİ

Icma.az bildirir, Gununsesi portalına istinadən.

“İranın Zəngəzur dəhlizinə müqavimət göstərmək şansı getdikcə azalır. Hətta İranın ali dini liderinin müşaviri Əli Əkbər Vilayəti “biz Rusiyasız olsa da bu dəhlizə qarşı çıxacağıq” deməsi də İranın regionda müttəfiq tapa bilməməsinin bir barometridir”.

Bu fikirləri Gununsesi.info-ya açıqlamasında siyasi şərhçi Aqşin Kərimov İranın Zəngəzur dəhlizinin açılmasına münasibəti və regiondakı geosiyasi vəziyyət barədə fikirlərini şərh edərkən deyib:

“İran, Azərbaycan və Ermənistan arasında Donald Trampın vasitəçiliyi ilə əldə olunmuş razlaşmaların nəticələri barədə təhdid xarakterli xəbərdarlıqlar etməkdədir.

Lakin əsas sual budur: Yaxın Şərqdə İranın baş vəkili olan Hizbullahın tərki silah edilməsi barədə məsələlərin gündəmə gəlməsi, İranın Yaxın Şərqdə geosiyasi və strateji nüfuzunun azalması və bunun İranın Cənubi Qafqazdakı mövqelərinə mənfi təsir etməsi fonunda Tehran Zəngəzur dəhlizinə hansı formada müqavimət göstərə bilər?

Ümumiyyətlə, İran daxilində sərt xətt tərəfdarları ilə praqmatik düşərgə arasında xarici siyasətə dair müəyyən fikir ayrılıqları müşahidə olunur.

Sərt xətt tərəfdarları Zəngəzur dəhlizinə qarşı öz fikirlərini ideoloji, konteksdə və geostrateji məqamlarla vurğulayırlar. Lakin praqmatik xətt tərəfdarları, daha doğrusu liberal düşərgə, bir qədər xarici siyasətdə loyallaşmanın tərəfdarı kimi çıxış edir ki, bundan əvvəl də İran Prezidenti Məsud Pezeşkianın dəhlizlə bağlı verdiyi yumşaq açıqlama buna əsas verir.

Əslində Tehranın ali dini liderinin müşaviri Əli Əkbər Vilayəti demək istəyir ki, Rusiya belə bu dəhlizə qarşı deyil, sadəcə İran Rusiyanı ABŞ-a qarşı müqavimət oxunun tərkib hissəsi kimi nəzərdən keçirir. Rusiya isə bu məsələdə öz strateji maraqlarından çıxış edərək ABŞ-la rəqabət meydanını qurur”.

Siyasi şərhçinin sözlərinə görə, İranın həm Azərbaycanın Rusiya ilə, həm Azərbaycanın Qərblə, həm də Azərbaycanın Türkiyə ilə strateji müttəfiqliyi fonunda dəhlizə qarşı yüksək səviyyədə müqavimət göstərə biləcəyi şübhə altındadır:

“İranda hələ də ideoloji və strateji baxımdan Tehranın yürütdüyü siyasətin sərt xətt tərəfdarları tərəfindən bəyan edilməsi, eyni zamanda praqmatik siyasətçilərlə müqayisədə onların daha üstün mövqedə görünməsi, Tehranın bu bəyanatları bir qədər daha sərtləşdirəcəyinə işarə edir.

Eyni zamanda, İranla ABŞ arasında İranın nüvə proqramına dair danışıqlar baş tutacaq və bu danışıqların nəticələri geosiyasi baxımdan İranın Cənubi Qafqazdakı mövqelərinin formalaşmasına təsir göstərə biləcək elementləri özündə ehtiva edir. Hərçənd ki, İranla ABŞ arasında gələcəkdə mümkün sövdələşmələr, həm Cənubi Qafqaz, həm də Yaxın Şərq mənzərəsində Tehranın üstün mövqelərə çıxmasına imkan yarada bilər. Bu versiyanı da kənara qoymaq olmaz.

Ümumilikdə İran müttəfiqsiz qalan bir ölkədir və belə olduğu təqdirdə, təklənmiş İranın Azərbaycanla münasibətləri inkişaf etdirməkdən başqa çarəsi yoxdur. İranla Rusiya münasibətləri də həqiqi müttəfiqlik əlaqələrinə söykənmir. Hərçənd ki, iki dövlət arasında hüquqi müqavilə bazası onları müttəfiq kimi göstərir. Faktiki olaraq isə Rusiya İranın maraqlarını bir çox hallarda nəzərə almır və belə olduğu təqdirdə, Rusiya ilə İran Azərbaycana qarşı birgə hərəkət etmək imkanlarını bir qədər itirir.

Lakin istisna olunmur ki, İranla Rusiya ABŞ-ın regionda yeni mövqelərini formalaşdırmasından ehtiyat edərək Azərbaycana qarşı müəyyən təhdid xarakterli müştərək hərəkətlər göstərə bilər. Bu mümkündür, lakin bunun uzunmüddətli olacağı və strateji perspektiv üçün hesablandığı suallar doğurur”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:45
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 13 Avqust 2025 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see233

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see205

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see204

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see189

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see172

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see162

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see158

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see151

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see146

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see145

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see143

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see139

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see139

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see138

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see137

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri