Icma.az
close
up
RU
Siyasi şərhçi: Azərbaycan Türkmənistan münasibətləri yüksəliş dövrünü yaşayır

Siyasi şərhçi: Azərbaycan Türkmənistan münasibətləri yüksəliş dövrünü yaşayır

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 25 avqust, AZƏRTAC

Dost və qardaş ölkələr olan Azərbaycan ilə Türkmənistan xalqları arasında münasibətlərin tarixi qədimdir. Belə ki, azərbaycanlılar və türkmənlər eyni kökə, dilə, dinə, mədəniyyətə, qədim tarixi bağlılığa və ənənələrə malikdirlər. Ölkələrimizi və xalqlarımızı tarixdən gələn dəyərlər birləşdirir. Müstəqillik dövründə də hər iki dövlətlər arasında diplomatik, siyasi, iqtisadi və mədəni əlaqələr quruldu. Amma, etiraf edək ki, bu münasibətlər istənilən səviyyədə deyildi, yəni, dövlətlərarası əməkdaşlıq, xalqlar arasında əsrlər boyu mövcud olan bağlara, sıx və mehriban əlaqələrə adekvat deyildi. Hətta bəzi ekspertlər də bu əlaqələrin dərinləşməsində və möhkəmləməsində müəyyən maneələrin olduğunu, Türkmənistanı isə Türk Dövlətləri Təşkilatının ən zəif həlqəsi kimi dəyərləndirir, onun bu prosesə qoşulmaqda, böyük türk ailəsində birləşməkdə maraqlı olmadığını vurğulayırdılar. Bu vəziyyət, bir tərəfdən əvvəlki rəhbərliyin dövründə Türkmənistanın bir dövlət olaraq özünütəcrid siyasətinin, yəni, ölkəni bütün proseslərdən kənarda saxlamaq, hər hansı bir koalisiyalara, birliklərə qoşulmamaq istəyinin olması, digər tərəfdən isə onun Azərbaycanla bəzi məsələlərdə fikir ayrılığının mövcudluğu səbəbindən bir müddət davam edən soyuqluqla izah edilirdi.

Bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan tərəfi səbir və təmkin nümayiş etdirərək, mümkün narazılıqların və fikir ayrılıqlarının həlli üçün davamlı, sabit və çevik diplomatiya yürüdür. Xarici siyasətin əsas istiqamətlərinə uyğun olaraq, ölkəmiz, ilk növbədə, türk dövlətləri və qonşularla, o cümlədən Türkmənistanla münasibətləri daha da inkişaf etdirir, onları yeni və daha yüksək müstəviyə keçirir. Bu məqsədlə ikitərəfli əlaqələrin möhkəmlənməsi, eləcə də çoxtərəfli əməkdaşlığın, - xüsusən Türk Dövlətləri Təşkilatı çərçivəsində, - daha faydalı olması üçün həssas addımlar atılır. Nəhayət, son illərdə hər iki tərəfin sərgilədiyi güclü siyasi iradə nəticəsində münasibətlərdə ciddi dönüş yaranıb, qarşılıqlı hörmət və bərabərhüquqluluq prinsiplərinə əsaslanan əməkdaşlıq daha da möhkəmlənib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Əhməd Abbasbəyli söyləyib.

O deyib: “Əminəm ki, 2025-ci il Azərbaycan-Türkmənistan münasibətlərinin tarixində xüsusi yer tutacaq. Belə ki, iyulun 16-da Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri, qısa müddət sonra - avqustun 22-də Prezident İlham Əliyevin Türkmənistana səfəri iki dövlət arasında əlaqələrin inkişafında yeni bir səhifə açdı və münasibətlərin bundan sonra tamamilə fərqli, daha yüksək səviyyədə davam edəcəyini göstərdi. Xüsusilə vurğulamaq lazımdır ki, Ermənistan-Azərbaycan münaqişəsi dövründə, o cümlədən 44 günlük Vətən müharibəsindəki Zəfərdən, eləcə də Qarabağın işğaldan azad olunması, ərazilərimizdə bərpa və yenidənqurma proseslərindən bəhs olunan mərhələlərdə Türkmənistan digər türk dövlətləri ilə müqayisədə daha loyal mövqe sərgiləmiş, keçirilən bir çox tədbirlərdə isə daha çox kənarda dayanmışdı. Lakin Türkmənistanın ali rəhbərinin Füzuli və Şuşa şəhərlərini ziyarət etməsi, həmçinin Füzulidə məscid inşası barədə qərar qəbul edilməsi bizi çox sevindirdi. Bu addım dövlətlərimiz arasında münasibətlərdə fundamental dəyişikliklərin və böyük irəliləyişlərin göstəricisi oldu. Artıq tam əminliklə demək olar ki, Azərbaycan-Türkmənistan əlaqələri yüksəliş dövrünü yaşayır”.

Siyasi şərhçinin sözlərinə görə, Türkmənbaşı şəhərində baş tutan bu tarixi hadisənin mühüm məqamlarından biri də üçtərəfli formatda - Türkmənistan, Azərbaycan və Özbəkistan arasında yüksək səviyyəli görüşün keçirilməsi oldu. Üç qardaş türk dövlətinin liderlərinin iştirakı ilə imzalanan sənədlər yalnız bu ölkələr üçün deyil, bütövlükdə region üçün strateji əhəmiyyət kəsb edir. Bu razılaşmalar Mərkəzi Asiya, Xəzər hövzəsi və Cənubi Qafqaz arasında geosiyasi, iqtisadi və mədəni əməkdaşlığın inkişafına güclü təkan verəcək.

“Əlbəttə, mövzu barədə daha geniş və ətraflı danışmaq mümkündür. Lakin ölkədə siyasi analitiklər və şərhçilər tərəfindən kifayət qədər münasibət bildirildiyini nəzərə alaraq, hesab edirəm ki, yayılan məlumatlara, imzalanan sənədlərə, liderlərin çıxışlarında səsləndirdikləri fikirlərə, - xüsusilə Azərbaycan Prezidentinin çıxışına, - istinad etməklə və bu çıxışlardan çıxarılan nəticələrə əsaslanaraq, hadisənin əhəmiyyəti və perspektivləri barədə yalnız bir neçə əsas tezisi təqdim etmək kifayətdir:

- Azərbaycan, Türkmənistan və Özbəkistan Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən mühüm geostrateji mövqedən və bu imkanlardan hər üç dövlətin maraqlarına uyğun səmərəli istifadə etmək məqsədilə uzunmüddətli fəaliyyətə start verirlər. Bu çərçivədə ölkələr qarşısında duran bir sıra vəzifələr, - nəqliyyat və tranzit əməkdaşlığı, Orta Dəhliz, limanların genişləndirilməsi, dəmir yolu məsələləri və sair, - birlikdə və əl-ələ verilərək mümkün qədər tez həll edilməlidir.

- Energetika sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədilə mövcud imkanlardan səmərəli istifadə edilməli, Azərbaycan və Türkmənistanla olan ənənəvi əməkdaşlığa Özbəkistan da cəlb olunmalıdır. Qeyd etmək lazımdır ki, bu proses artıq başlanıb: Azərbaycanın dövlət neft şirkəti SOCAR Özbəkistanda neft yataqlarının işlənməsinə başlayıb. Eyni zamanda, Türkmənistan zəngin karbohidrogen ehtiyatlarına görə dünyanın aparıcı ölkələrindən biridir. Etibarlı mənbələrə əsasən, 19,5 trilyon kubmetr təbii qaz ehtiyatı ilə Türkmənistan dünyada 4-cü yerdədir. İndiyədək ölkə öz qaz yataqlarının işlənməsi və dünya bazarına çıxarılması sahəsində xeyli uğur qazanıb. Eyni zamanda, dünyada və regionda baş verən proseslər müəyyən çətinliklərlə yanaşı, yeni perspektivlər də açır. Bu səbəbdən Türkmənistanın nəhəng qaz ehtiyatları ona qlobal enerji bazarlarında daha geniş rol oynamaq imkanı verir və bu, əsas prioritetlərdən biri olacaq. Bu istiqamətdə Xəzər dənizində karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi üzrə Memorandumun imzalanması isə iki ölkə arasında enerji sahəsində etibarlı və səmimi əməkdaşlığın möhkəm təməllərinin qoyulduğunu göstərir.

- “Böyük İpək Yolu”nun bərpası çərçivəsində Avropanı Asiya ilə birləşdirən nəqliyyat dəhlizləri üzrə əlaqələrin genişləndirilməsi razılığı Mərkəzi Asiya və Xəzər hövzəsinin nəqliyyat infrastrukturu imkanlarının nəzərdən keçirilməsini əhatə edir və bu sahədə möhtəşəm, unikal işlərin görüləcəyindən xəbər verir.

- Son olaraq, ən vacib siyasi hədəf budur: Azərbaycanın xarici siyasətində türk dövlətləri ilə əlaqələrin inkişafı prioritet məsələlər sırasındadır. Dövlətimiz Türk dünyasını böyük bir ailə kimi dəyərləndirir və siyasi rəhbərliyin əsas, təxirəsalınmaz məqsədi Türk Dövlətləri Təşkilatını (TDT) gücləndirməkdir. Əminəm ki, bu görüşün nəticəsi böyük coğrafiyada təbii sərvətlərə malik, həm iqtisadi, həm də demoqrafik baxımdan sürətlə inkişaf edən və eyni soykökə malik milyonlarla insanın qurduğu dövlətlərin siyasi və hərbi gücünün artmasına mühüm töhfə verəcək. Bu, prosesdə Türkmənistanın da daha fəal və səmimi iştirakına təkan verəcək. Nəticədə isə beynəlxalq ictimaiyyətin diqqətini cəlb edən bu böyük Türk ailəsi, artıq dünyanın siyasi, iqtisadi və hərbi güc mərkəzinə çevrilməkdə olan TDT-nin gücünü daha da artıracaq.

- Ümumiyyətlə, bu proses yalnız regional deyil, qlobal səviyyədə də mühüm əhəmiyyət kəsb edir. Bu, həm dövlətlərarası münasibətlərin idarə olunması, xarici siyasətin düzgün qurulması, çevik və səmərəli diplomatiya, həm də dövlətlər arasında mümkün narazılıqların və fikir ayrılıqlarının aradan qaldırılması üçün bir nümunədir. Proses soyuqluğun aradan qaldırılması və münasibətlərin qarşılıqlı hörmət və bərabərhüquqluluq prinsiplərinə əsaslanan əməkdaşlığa, isti və mehriban dost münasibətlərinə çevrilməsi baxımından bir dərs, hətta “master-klass” rolunu oynayır. Bu unikal təcrübə bəzi qonşu və tərəfdaş ölkələrin, xüsusilə təkəbbürlü və özündən razı rəhbərlik nümayiş etdirən siyasətçilər üçün də faydalı nümunə ola bilər”, - deyə Əhməd Abbasbəyli vurğulayıb.

O, bu hadisələrin əhəmiyyətini daha dəqiq çatdırmaq məqsədilə fikirlərini Prezident İlham Əliyevin çıxışından iqtibasla tamamlayıb:

“Bu gün tarixi bir gündür. Bizim bölgəmizdə yeni, çox perspektivli, sülhə və tərəfdaşlığa yönəlmiş əməkdaşlıq formatı yaradılır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:98
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Avqust 2025 18:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəticəsiz işə “yenilik” demək ayıbdır... Ekspertdən AYNA ya sərt reaksiya

08 Oktyabr 2025 15:59see215

Hadise saxlanılmasından danışıb ağladı Həyatımda ilk dəfə dəhşət içində oyandım VİDEO

09 Oktyabr 2025 01:25see149

Payızda ailəvi tətillər üçün ən yaxşı beş şəhər

09 Oktyabr 2025 10:37see147

Ofelyaya əri bahalı maşın ALDI

08 Oktyabr 2025 18:46see139

Ağdamda atası tərəfindən şiddətə məruz qalan Musa sağalıb

09 Oktyabr 2025 16:33see139

İsrail və HƏMAS sülh planı ilə bağlı tarixi razılaşma imzaladı

09 Oktyabr 2025 04:12see137

Keçmiş dünya çempionunun oğlu asılmış vəziyyətdə tapılıb

09 Oktyabr 2025 03:14see132

Rusların Baxmutdakı qərargahını məhv edilib...

08 Oktyabr 2025 18:11see131

Ağ, sarı, qırmızı yoxsa yaşıl: Hansı soğan ən faydalıdır?

09 Oktyabr 2025 03:03see129

Qəzzada Türkiyənin mövqeyi nəzərə alınmadan sülh mümkün deyil

08 Oktyabr 2025 18:55see128

İnək südündən 10 dəfə daha faydalı: Sümükləri möhkəmləndirir...

09 Oktyabr 2025 04:06see125

Gömrük Komitəsindən daxilolmalar azalıb Ekspert səbəb AÇIQLADI

08 Oktyabr 2025 17:23see124

Hadrutun işğaldan azad olunmasından 5 il ötür

09 Oktyabr 2025 00:02see124

Koreya yeməkləri sağlamlıq üçün təhlükə yarada BİLƏR

08 Oktyabr 2025 19:47see123

3 vəkil cəzalandırılıb, 4 nə xəbərdarlıq edilib Rəsmi

08 Oktyabr 2025 16:10see123

DTX nin keçirdiyi əməliyyat nəticəsində saxlanılmışdılar Məhkəmə

08 Oktyabr 2025 09:16see123

Hədəf “Qarabağ”dır: “Atletik” Ağdam klubu ilə oyunadək hücum xəttini bərpa etmək istəyir

09 Oktyabr 2025 01:19see121

Çeferin Ronaldonu futbol tarixinin üç ən böyük oyunçusundan biri sayır

09 Oktyabr 2025 00:28see120

Fransız siyasətçi fon der Leyeni özbaşınalıqda ittiham edib

08 Oktyabr 2025 22:16see118

Onları NATO dan çıxarmaq lazımdır

10 Oktyabr 2025 01:41see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri