Icma.az
close
up
RU
İranın Bakıdakı agenturası hərəkətə keçdi həbsxanalardan təlimat: “Onu müdafiə edin”

İranın Bakıdakı agenturası hərəkətə keçdi həbsxanalardan təlimat: “Onu müdafiə edin”

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) İranın təsir dairəsində olan çevrələrlə ciddi ittifaqda olduğu getdikcə daha açıq şəkildə görünür. İrana bağlı sosial şəbəkə səhifələrinin, Tehranın nəzarətində olan ayrı-ayrı şəxslərin AXCP ilə sinxron fəaliyyət göstərməsi bu iddiaları gücləndirir. Hacı Taleh Bağırzadənin AXCP sədri Əli Kərimli ilə bağlı həbsxanadan yaydığı bəyanat, eləcə də onun rəhbəri olduğu “Müsəlman birliyi” təşkilatına yaxın şəxslərin və qrupların AXCP-ni açıq şəkildə müdafiə etməsi ortaya ciddi suallar çıxarır. Bu əlaqələr və ehtimal olunan müttəfiqlik hər keçən gün daha qabarıq xarakter alır.

Özünü Qərb təmayüllü siyasi lider kimi təqdim edən Əli Kərimlini İrana bağlı radikal dini təşkilatlar və dini fiqurlarla hansı ortaq maraqlar birləşdirir? Bu ziddiyyətli yaxınlıq Qərbdə fəaliyyət göstərən beynəlxalq təşkilatlar üçün heç nə ifadə etmir, yoxsa, məqsədli şəkildə görməzdən gəlinir?

AXCP sədrinin Rusiya ilə əlaqələri də zaman-zaman gündəmə gəlib. Milli Şura layihəsinin əslində Moskvada hazırlandığına dair iddialar mövcuddur.

Globalinfo.az-a danışan deputat Elman Nəsirovun fikrincə, Əli Kərimli uzun müddət özünü Qərbyönümlü siyasətçi kimi ictimai rəyə təqdim etməyi bacarıb:

“Lakin 2012-2013-cü illərdə baş verən hadisələr, birbaşa Rusiyanın dəstəyi ilə yaradıldığı iddia olunan “Milyarderlər İttifaqı” ilə əlaqələri, eləcə də həmin ittifaqın təsiri altında formalaşmış Milli Şuranın üzvü olması bu imicin süni xarakter daşıdığını göstərir. Bütün bunlar, eyni zamanda “Ramiz Mehdiyev işi” kontekstində səslənən faktlar və Ramiz Mehdiyevin Moskvaya göndərdiyi məktubun mətbuata çıxmayan, redaktə olunmuş versiyası ətrafında dolaşan iddialarla birlikdə, Əli Kərimlinin siyasi xəttinə dair ciddi suallar yaradır. Bu məqamlar bir daha sübut edir ki, Əli Kərimli heç də Vaşinqton-London-Brüssel istiqamətli siyasətçi deyil. O, daha çox Moskva yönümlü siyasi xəttə sahib olub, sadəcə bunu ustalıqla maskalaya bilib”.

Elman Nəsirov deyib ki, son dövrlər Əli Kərimlinin İranla və İrandakı müəyyən siyasi-dini dairələrlə müxtəlif səviyyələrdə əlaqələrinin olması ehtimalını gücləndirən faktlar ortaya çıxır:

“Məsələn, hazırda İrana məxsus sosial şəbəkə seqmentlərində Əli Kərimlinin dəstəklənməsi ilə bağlı paylaşımlar diqqət çəkir. Bundan əlavə, İranla sıx bağlılığı ilə tanınan və hazırda həbsdə olan Hacı Taleh Bağırzadənin Əli Kərimliyə dəstək bəyanatı, eləcə də “Müsəlman birliyi”nə yaxın çevrələrin onunla bağlı müdafiə xarakterli mövqeləri bu iddiaları daha da gücləndirir. Bütün bunlar göstərir ki, Əli Kərimli düşünüldüyü kimi Qərblə bağlı siyasi fiqur deyil. O, daha çox Moskva və Tehranla əlaqəli siyasi xətt yürüdüb, sadəcə bunu gizlətməyi və Qərb ictimai rəyində özü üçün “Qərbyönümlü siyasətçi” obrazı formalaşdırmağı bacarıb. Bu imic ona müəyyən siyasi dividendlər qazanmaq üçün lazım olub”.

Elman Nəsirov

Deputat hesab edir ki, son hadisələr fonunda Əli Kərimli ilə bağlı məsələlər, xüsusilə onun Moskva ilə əlaqələrini üzə çıxaran məqamlar Qərb siyasi dairələrini ciddi şəkildə düşündürməlidir:

“Qərbdə fəaliyyət göstərən beynəlxalq təşkilatlar bu faktları nəzərə almalıdırlar. Onlar anlamalıdırlar ki, Əli Kərimli uzun müddət maskalanıb və indi bu maska yırtıldıqca onun əsl siması, hansı maraqlara xidmət etdiyi, eyni zamanda anti-Qərb mahiyyətli siyasi xətt daşıdığı daha aydın şəkildə üzə çıxır. Bu isə Qərb üçün kifayət qədər ciddi siqnal olmalıdır”.

Zaira Akifqızı
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:57
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 20 Dekabr 2025 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see300

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see290

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see272

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see270

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see239

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see229

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see224

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see202

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see197

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see181

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see177

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see169

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see164

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see161

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see156

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see153

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see152

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri