Icma.az
close
up
RU
İranın Bakıdakı yeni səfiri barədə nəyi bilmirik?

İranın Bakıdakı yeni səfiri barədə nəyi bilmirik?

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

İranın Azərbaycanda yeni səfir təyinatı təsdiqlənib.

Yenisabah.az xəbər verir ki, bu vəzifəni Müctəba Dəmirçilu icra edəcək.

İyunun 2-də İran XİN-in sözçüsü İsmayıl Bəqai təyinatla bağlı hazırlıq prosesinin tamamlanmaq üzrə olduğunu bildirmişdi:

“Mərkəzi Asiya və Qafqaz ölkələri ilə əlaqələrimiz çox həssas və vacibdir. Azərbaycan Respublikasına gəlincə, səfirin seçilməsi ilə bağlı inzibati proses başa çatıb, müvafiq mərhələdən keçmək üçün sözügedən şəxs seçilib və təqdim edilib. O, Avrasiya regionunda təcrübəli və tanınmış diplomat və mütəxəssisdir”.

 Elə həmin gün axşam saatlarında hazırda nazirliyin Avrasiya üzrə departamentinin baş direktoru vəzifəsində çalışan Müctəba Dəmirçilunun İslam Respublikasının Bakıdakı yeni səfiri kimi təqdim edilib.

2020-ci ilin sentyabrında Azərbaycandakı diplomatik missiyaya rəhbər gətirilən Abbas Musəvinin Bakıdakı fəaliyyəti xeyli uzun çəkdi. Adətən, İran diplomatiyasında elçilərin bir ölkədə qalma müddəti 2 illə məhdudlaşır. Abbas Musəvinin səfirlik dövrü isə 2024-cü ilin martına qədər davam edib. Halbuki bundan nə az, nə çox, düz bir il əvvəl onu başqa bir şəxs əvəzləməli idi.

O zaman da Müctəba Dəmirçilunun adı hallanırdı. Lakin gözlənilən təyinat baş vermədi. Sonra M. Dəmirçilu İran XİN-də Avrasiya Departamentinin rəhbəri və nazir müavini olduğundan onun Azərbaycana səfir təyin olunması ağlabatan görünmürdü.

57 yaşlı Müctəba Dəmirçilu əslən İranın Qəzvin əyalətindən, Kələncin qəsəbəsindəndir. O, beynəlxalq hüquq üzrə magistr və strateji idarəetmə üzrə fəlsəfə doktoru dərəcəsinə malikdir. O, fars və ingilis dillərində beynəlxalq hüquq, Xəzər dənizi, keçmiş sovet respublikaları və idarəetmə mövzusunda bir sıra məqalələrin müəllifidir. Bundan başqa, bəzi magistr və doktorluq dissertasiyalarının elmi rəhbəri və rəyçisidir. O, bir neçə beynəlxalq konfransın katibi, daxili və beynəlxalq konfranslarda xarici siyasət sahəsində məqalə və məruzələrlə çıxış edib, bir neçə tədris mərkəzlərinin elmi şurasının üzvüdür.

Əziz Rzazadə


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 03 İyun 2025 10:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri