İranın Bakıdakı səfirliyi iranlıların icmasını gücləndirmək istəyir
Tribuna saytından alınan məlumata görə, Icma.az bildirir.
İranın Bakıdakı səfirliyi dünən açıqlama yayaraq, Azərbaycanla əlaqələrdən bəhs edib. Tribuninfo.az xəbər verir ki, İransa islam inqilabının 46-cı ildönümü ilə əlaqədar yayılan bəyanatda bir sıra məqamlara da toxunulub.
Səfirlik bildirib ki, Bakı və Tehran arasında əlaqələr çox yaxşçıdır və getdikcə inkişaf edir. Qeyd edilir ki, bu əlaqələri dərinləşdirmək üçün daha ciddi addımlar atacaqlar.
Amma bəyanatda başqa bir məsələyə də toxunulub. Səfirlik bildirib ki, onlar Azərbaycanda yaşayn İran vətəndaşlarından ibarət icmasını gücləndirmək istəyirlər. “Səfirlik Azərbaycanda mövcud olan İran icmasının daha da gücləndirilməsi istiqamətində səylərini bəyan edir. Şübhəsiz ki, İran İslam Respublikasının dost və qardaş ölkə Azərbaycanla müxtəlif ölçülərdə qonşuluq siyasəti fonunda, xüsusilə 33 illik rəsmi diplomatik əlaqələrin qurulmasından sonra mehriban münasibətlərin möhkəmləndirilməsi Azərbaycanda yaşayan soydaşlar icmasının birləşməsində daha səmərəli olacaq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 11 Fevral 2025 15:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















