İranın Bakıdakı səfiri quru sərhədlərin açılmasını istəyir
Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.
İran İslam Respublikasının ölkəmizdəki səfiri Moctəba Dəmirçilu Azərbaycanın bu ölkə ilə quru sərhədlərini açmasını istəyib.
Gununsesi.info-nun xəbərinə görə, bu barədə İran səfiri Dövlət Gömrük Komitəsinin sədr Şahin Bağırovla görüşündə deyib.
Qeyd edək ki, Gömrük Komitəsinin bu görüşlə bağlı yaydığı məlumatda quru sərhədlərin açılması barədə söhbətdən bəhs olunmayıb.
Rəsmi açıqlamada yalnız “görüşdə iki ölkənin gömrük xidmətləri arasındakı münasibətlərdən, iqtisadi əlaqələrin gücləndirilməsi, qarşılıqlı ticarət dövriyyəsinin artırılmasında gömrük orqanlarının rolundan bəhs edilib” deyə bildirilib.
Görünür, Azərbaycan hökuməti quru sərhədləri bağlı saxlamaqda hələ də qərarlıdır.
Afət
Gununsesi.info


