İranın birinci vitse prezidenti: Özbaşınalıq etsək məqsədlərə nail ola bilməyəcəyik
Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Hökumətin əsas strategiyası Yeddinci Tərəqqi Planını həyata keçirməkdir. Əgər biz çəkişmə ilə məşğul olsaq, bu planın məqsədlərinə nail ola bilməyəcəyik”.
Ölkə.az xəbər verir ki, bunu İranın birinci vitse-prezidenti Məhəmməd Rza Aref Yeddinci Tərəqqi Proqramının Ali Rəhbər Şurasının iclasında deyib.
"Biz artıq yeddinci İnkişaf Planının icrasının ikinci ilinə qədəm qoyduq və bu planın həyata keçirilməsi üçün ciddi şəkildə çalışmalıyıq. "Yeddinci İnkişaf Planı haqqında" qanuna tələb olunan düzəlişlər onun icrasında ləngliyə bəhanə olmamalıdır", - o qeyd edib.
Birinci vitse-prezident daha sonra qeyd edib: “Hökumətin əsas prioriteti və strategiyası Yeddinci Tərəqqi Planını həyata keçirməkdir. Plan ancaq konsensus yaratmaqla daha yaxşı həyata keçirilə bilər, yox, biz daxili çəkişmə ilə məşğul olub özbaşınalıq etsək, o zaman planın məqsədlərinə nail ola bilməyəcəyik”.
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 27 Oktyabr 2025 15:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















