Icma.az
close
up
RU
İranın bu hücuma hər hansı bir bəhanəsi yoxdur Naqif Həmzəyev

İranın bu hücuma hər hansı bir bəhanəsi yoxdur Naqif Həmzəyev

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Bu hadisə qəsdən törədilmiş düşmənçilik aktı olaraq qiymətləndirilməli və beynəlxalq ictimaiyyət tərəfindən açıq pislənməlidir".

Bunu Redaktor.az-a açıqlamasında deputat Naqif Həmzəyev İranın Naxçıvan ərazisinə dron hücumuna münasibət bildirərkən dedi. O qeyd etdi ki, 28 fevral 2026-cı ildən etibarən ABŞ və İsrail İranın hərbi infrastrukturuna qarşı əməliyyatlar həyata keçirir:

"İran öz növbəsində Körfəz ölkələrinə, İsrailə, NATO bazalarına, habelə regiondakı bir sıra ölkələrə minlərlə dron və ballistik raket buraxıb. Bununla belə, Azərbaycan bu münaqişəyə qarışmayıb, tərəfsizliyini qoruyub. İran isə bu xoş  niyətin əvəzində dinc qonşusuna qarşı hücum addımı atıb. Bu, heç bir hərbi məntiqə sığmayan, siyasi cəhətdən qabaqcadan düşünülmüş bir provokasiyadan başqa bir şey deyil. BMT Nizamnaməsi hər hansı bir dövlətin başqa dövlətin ərazi bütövlüyünə qarşı güc tətbiq etməsini qəti qadağan edir. Azərbaycana yönəlmiş bu hücumlar həmin normanın kobud şəkildə pozulmasıdır. Naxçıvan Muxtar Respublikası Azərbaycanın ayrılmaz hissəsidir. Hava limanı terminalı hərbi obyekt deyil, mülki infrastruktur, məktəb yaxınlığı isə tamamilə mülki mühitdir. İran bu hücumlarla sivil həyatı, sülh infrastrukturunu hədəf alıb. Bu, beynəlxalq humanitar hüququn da pozulmasıdır".

Deputat hesab edir ki, İranın Naxçıvana hücumunu bir neçə prizmadan qiymətləndirmək olar:

"Birincisi, İran geniş hücum dalğasını yayarkən nəzarətsiz qalan dronların öz hədəfini itirmiş ola biləcəyi ehtimalı var. İkincisi, daha ciddi bir ssenari kimi, İran regionu qəsdən gərginləşdirərək diqqəti dağıtmağa, Azərbaycanı dolaşıqlığa çəkməyə çalışmış ola bilər".

Həmzəyevin sözlərinə görə, Azərbaycan hava məkanını İrana qarşı hərbi məqsədlər üçün bağlayıb, qonşuluq münasibətlərini dəyərləndirib, beynəlxalq arenada müvazinətli xarici siyasət yürüdüb.

"Azərbaycan nə ABŞ əməliyyatlarına qatılıb, nə İsrailə hərbi dəstək verib, nə də İrana qarşı hər hansı düşmənçilik addımı atıb. İranın bu hücuma hər hansı bir bəhanəsi yoxdur. Hücum mülki əhaliyə qarşı yönəlib, mülki infrastrukturu hədəf alıb. Bu faktlar İranın addımını daha da ciddi cinayət xarakteri daşıyan bir akt olaraq göstərir. Azərbaycan Xarici İşlər Nazirliyi İranın Azərbaycandakı səfirini rəsmi şəkildə çağıraraq kəskin etiraz notası təqdim edib, cavab tədbirləri görülməsi hüququnu qoruduğunu bəyan edib. Bu düzgün addımdır. Lakin yalnız Azərbaycanın öz mövqeyini açıqlaması kifayət deyil. BMT Təhlükəsizlik Şurası, Avropa İttifaqı, ATƏT, həmçinin regionun aparıcı dövlətləri bu hücumu açıq pisləməlidir. Suverenliyin bu cür kobud şəkildə pozulmasına göz yummaq, bütün dövlətlər üçün ciddi presedent yaradır. Naxçıvana hücum İranın regional davranışının yeni və təhlükəli bir səhifəsini açır. Müharibənin girdabında özünü itirən bir rejimin nəzarətsiz hərəkətləri bütün qonşular üçün birbaşa təhlükəyə çevrilə bilər. Azərbaycan bu hücumu qətiyyətlə pislənməli, İrana aydın mesaj çatdırılmalı, suverenliyin qorunması üçün beynəlxalq mexanizmlər işə salınmalıdır. Heç bir ölkə öz ərazisinin başqa dövlətin idarəsizliyinə qurban getməsini qəbul edə bilməz. Azərbaycan da etməyəcək", - deyə millət vəkili vurğuladı.

Nuriyyə NATİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 05 Mart 2026 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see756

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see583

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see333

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see324

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see294

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see292

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see286

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see274

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see272

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see271

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see257

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see242

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see240

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see232

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see216

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see214

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see203

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see195

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri