İranın bu zərbələri beynəlxalq hüquq normalarına ziddir Əlcüteyli
GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İranın qonşu ölkələrə zərbələri beynəlxalq hüquq normalarına və mehriban qonşuluq prinsiplərinə ziddir.
Globalinfo.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri İssam bin Saleh Əlcüteyli jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, məsələ ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən müvafiq qətnamə qəbul edilib, bu cür hərəkətlər pislənib.
Diplomat qeyd edib ki, Səudiyyə Ərəbistanı hazırda digər tərəfdaş ölkələrlə bu məsələ üzrə koordinasiyalı fəaliyyət göstərir.
Səfir xatırladıb ki, bu gün Ər-Riyadda keçiriləcək fövqəladə iclasda regiondakı mövcud vəziyyət müzakirə ediləcək, gərginliyin aradan qaldırılması yolları ətrafında fikir mübadiləsi aparılacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:187
Bu xəbər 18 Mart 2026 15:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















