Icma.az
close
up
RU
“İsveçrə parlamentinin təklifi beynəlxalq hüquq normalarına ziddir” Politoloq

“İsveçrə parlamentinin təklifi beynəlxalq hüquq normalarına ziddir” Politoloq

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“İsveçrə parlamentinin təklifi təxribatdan başqa bir şey deyil. Beynəlxalq hüquq normaları ilə də təsdiq olunub ki, Qarabağ Azərbaycanın tərkib hissəsidir. BMT-nin bütün sənədlərində Qarabağ Azərbaycanın ərazisi olaraq tanınıb. İsveçrənin Qarabağdan könüllü şəkildə Ermənistana köçən ermənilərlə bağlı konfrans keçirmək təklifi beynəlxalq hüquq normalarına ziddir. Xüsusilə parlamentin qanunverici orqan kimi bu qədər ziddiyyətli təklif verməsi absurddur. Bunun qərəzli, ermənipərəst təklif olduğu da reallıqdır”.
Bu sözləri Demokrat.az-a politoloq Elçin Xalidbəyli deyib.
O bildirib ki, əgər İsveçrə parlamenti insan hüquqlarını müdafiə etmək məqsədi güdürsə, ilk önəmli olan bəşəri dəyərlərə baxmalıdır:
“Həmin dəyərlərin ən önəmlisi Qarabağın Azərbaycanın tərkib hissəsi olmasıdır. İsveçrə parlamenti əzəli torpaqlarından zorakılıqla qovulan azərbaycanlıların da hüquqları barədə düşünməlidir. Ev-eşiyi, doğma yurdu zorakı şəkildə əllərindən alınan qərbi azərbaycanlıların hüquqları İsveçrə parlamenti tərəfindən heç dilə gətirilmir. Qarabağdan könüllü şəkildə köçən ermənilərdən fərqli olaraq, azərbaycanlılar öz yurdlarından zorakılıqla köçürülüblər. Onlar mülkiyyət hüquqları pozularaq deportasiya ediliblər. Deportasiya beynəlxalq cinayət sayılır. İsveçrə parlamenti cinayətkar Ermənistanı bunlarla ittiham etmir. Öz ərazisində hüquqi suverenliyini təmin edən Azərbaycana qarşı ittihamlar irəli sürmək niyyətinə düşüb. İsveçrə parlamenti konfrans keçirmək həvəsinə düşübsə, Qərbi Azərbaycandan qovulan 1 milyona yaxın soydaşımızın hüquqlarını da düşünsün”.
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 24 Dekabr 2024 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see299

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see196

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see168

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see168

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see167

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see157

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see155

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see152

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see151

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see149

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see148

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see144

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see143

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see142

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see138

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see134

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri