İranın diplomatik səyləri nəticəsiz qalacaq Politoloq
Icma.az, Sfera.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İranın xarici işlər naziri Səid Əraqçının Rusiya səfərinin və diplomatik təmaslarının müsbət nəticə verməsi gözlənilmir.
Sfera.az xəbər verir ki, bu fikri politoloq Məhəmməd Əsədullazadə bildirib.
Onun sözlərinə görə, Rusiyanın İrana ciddi hərbi dəstəyi mümkün deyil, çünki Moskvanın özü hazırda belə dəstəyə ehtiyac duyur.
Əsədullazadənin fikrincə, Rusiyanın İran rejimini qoruyacaq təsirli dəstəyi yoxdur və bu, sistemin davamlılığını təmin edə bilməz.
Politoloq hesab edir ki, İran rejiminin yeganə çıxış yolu islahatlara gedərək hakimiyyəti prezident Məsud Pezeşkiana təhvil verməkdir. O vurğulayıb ki, ABŞ və İsrailin əsas məqsədi rejim dəyişikliyinə nail olmaqdır:
“Tramp "İran təslim olmalıdır" ifadəsi ilə əslində hakimiyyətin dəyişməsini nəzərdə tutur. Səudiyyə Ərəbistanı, BƏƏ və Türkiyə də bu mövqeni diplomatik kanallarla çatdırırlar”.
Əsədullazadəyə görə, Azərbaycan da bu proseslərdən kənarda qalmamalıdır:
“Prezident Pezeşkiana siyasi dəstək verə bilər. Bu, ölkəmizin maraqlarına uyğundur. Eyni zamanda Azərbaycan İsrailə açıq mesaj verməli, Təbriz və digər Azərbaycan şəhərlərində mülki infrastruktura zərbə endirilməməsini tələb etməlidir”.
Bəsti Rəfizadə
Sfera.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 23 İyun 2025 15:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















